Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1574/2022 04.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məməmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbulu faktının təsdiq edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi və mirasdan payının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisini qeyd etməklə, ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, nənəsi Həsənova (Cəlilova) Qüdrət Həmid qızından Yevlax rayonu Qaraməmmədli kəndində miras qalmış 0,30 ha ölçüdə həyətyanı torpaq sahəsinə dair mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin və mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə təqdim edərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum nənəsi, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinə münasibətdə atası – xx.xx.1948-ci il təvəllüdlü, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X24 tərəfindən mirasın qəbul edilməsi faktının, o cümlədən həmin əmlakın atasının mülkiyyəti sayıldıqdan sonraonun həmin mirası qəbul edilməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, nənəsi Həsənova ( Cəlilova ) Qüdrət Həmid qızından Yevlax rayonu Qaraməmmədli kəndində 0.30 ha ölçüdə həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X9 mərhum nənəsinin yeganə qanun üzrə vərəsəsi olmuşdur. Bu, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1914-cü il tarixdə Ermənistan Respublikasında anadan olan və Yevlax rayon Qaraməmmədli kəndində qeydiyyatda olmuş mərhum X20 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022- ci ilədək aparılmış və ailə tərkibi barədə məlumatlarla təsdiq edilmişdir. X9 mərhum nənəsı X10 miras qalmış Yevlax rayonu Qaraməmmədli kəndində 0.30 ha ölçüdə həyətyanı torpaq sahəsini-mirası qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edərək həmin əmlaka sahiblik etmiş və faktiki idarə etmişdir. X38 mərhum nənəsindən miras qalmış Yevlax rayon Qaraməmmədli kəndində 0.30 ha ölçüdə həyətyanı torpaq sahəsini, qanun üzrə yeganə birinci növbəli vərəsə olaraq qəbul etmişdir. Və həmin mirası qəbul etdiyi andan mirasa mülkiyyət hüququ əmələ gəlmişdir, o cümlədən atası mirasın qəbulundan imtina etməmişdir. Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.30 ha ölçüdə həyətyanı torpaq sahəsi atasının mülkiyyəti hesab edildiyindən və bunun öz növbəsindən atasının qanun üzrə birinci növbəli vərəsəsi olduğundan, qeyd edilən miras əmlak onun tərəfindən də qəbul edilmiş və o, həmin əmlaka sahiblik etməklə, o cümlədən faktiki idarə etməklə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Bərdə regional “Asan xidmət " mərkəzində notariat ofisinə müraciət etmiş və yuxarıda qeyd edilən halların hər birini xüsusi notariusun diqqətinə çatdırmışdır və həmin əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə xahiş etmişdir. Lakin müraciəti 19 may 2022-ci il tarixli 1142/2022 saylı məktubla cavablandırılmış və ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununda uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisi, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X16 bildirmişdir ki, Qaraməmmədli icra nümayəndəliyində işləyir. Qüdrət Həsənovaya məxsus Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.30 ha ölçüdə həyətyanı torpaq sahəsi yəni miras əmlak yeganə vərəsəsi olan oğlu Zakir Fətalıyev tərəfindən qəbul edilmiş və o, həmin əmlaka sahiblik etməklə, idarə etmişdir. Onun vəfatından sonra isə həmin torpaq sahəsini oğlu Ərizəçi qəbul etmiş və torpaq sahəsinin üzərində tikilmiş tikilidə yaşamışdır. X4 bildirmişdir ki, mərhum Zakir Fətalıyev onun əri, Qüdrət Həsənova isə qayınanası olmuşdur. Qayınanası tək yaşadığından oğlu Ərizəçi nənəsi ilə birlikdə yaşamışdır. X31 Həsənovanın yeganə varisi olmuşdur. X8 kəndində 0.30 ha torpaq sahəsi olmuş və o, həmin sahədə tikili inşa etmişdir. Qüdrət Həsənova2008-ci ildə öldükdən sonra əri Zakir Fətalıyev həmin torpaq sahəsini və Qüdrət Həsənovanın digər əmlaklarını yeganə vərəsə olaraq qəbul etmişdir. Zakir Fətalıyev 2018-ci ildə öldükdən sonra yalnız oğlu Namiq həmin torpaq sahəsindən istifadə etmiş, sahənin üzərində inşa edilmiş evdə yaşamışdır. Digər övladları həmin torpaq sahəsindən heç vaxt istifadə etməmişlər. X5 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X32 2008-ci ildə vəfat etdikdən sonra onun Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən torpaq sahəsindən atası Zakir Fətəliyev, atası öldükdən sonra isə qardaşı Ərizəçi faktiki idarə etmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-308A KOD 90106018 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə 0,30 hektar kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı Yevlax rayonu Qaraməmmədli kənd sakini X12 mülkiyyətinə verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaraməmmədli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 140 №-li 03 iyun 2022-ci il tarixli arayışında qeyd olunur ki, 2008-ci ildə vəfat etmiş Qaraməmmədli kənd sakini X17 verilmiş Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-308A KOD 90106018 saylı şəhadətnamədə səhvən o, X6 göstərilmişdir. Odur ki, vətəndaşın adı X7 yazılmalıdır.. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.1948-ci il tarixdə anadan olub, atası X23, anası X11r. Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində doğulub, X9, anası X13r. AZ-İ 299103 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 23 iyul 2008-ci il tarixdə ölmüşdür. AZ-İ 905477 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 11 fevral 2018-ci il tarixdə ölmüşdür. Yevlax rayon qeydiyyat şöbəsinin 18 may 2022-ci il tarixli 1298 №-li arayışında qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı 01,01.1914-cü il tarixdə Ermənistan Respublikasında anadan olan və Yevlax rayon Qaraməmmədli kəndində qeydiyyatda olmuş mərhum X20 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və ailə tərkibi olaraq xx.xx.1948-ci il təvəllüdlü X24 aşkar edilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin Qaraməmmədli kənd inzibati ərazi dairsə üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Zakir Fətalıyev xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun aşağıdakı tərkibdə vrəsə dairəsi qalmışdır: arvadı X19, oğlu Ərizəçi, oğlu X21, qızı X18, qızı X14. Vərəsələrdən yalnız Ərizəçi nənəsi Həsənova (Cəlilova) Qüdrət Həmid qızına məxsus evdə yaşamışdır. Digər vərəsələr qalan mirası faktiki olaraq istifadə etməmişlər. Bərdə regional “ASAN xidmət” notariat ofisinin Ərizəçi ünvanlanmış 19 may 2022-ci il tarixli 1142/2022-ci il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsüz. Mirasın qəbul edilməsi müddətinin uzadılması eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə Qaraməmmədli kəndində 0,30 hektar torpaq sahəsi Qüdrət Cəlilovanın (Həsənovanın) mülkiyyətinə verilmişdir. Ərizəçinin atası X31 Həsənovanın yeganə varisi olmuş və sonuncu, xx.xx.2008-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Zakir Fətalıyev xx.xx.2018-ci il tarixdə öldükdən sonra isə oğlu Ərizəçi birinci növbə vərəsə kimi həmin torpaq sahəsindən istifadə etməklə həmin miras əmlakı qəbul etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalmış Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.30 hektar torpaq sahəsinin ilk olaraq oğlu, mərhum X24 tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. X2 miras qalmış Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 0.30 hektar torpaq sahəsinin oğlu, Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Əliyev