Məhkəmə qərarları › İş №2(039)-1575/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1575/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1575/2024 22.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «torpaq sahəsinin istifadəyə yararsız torpaq sahəsi hesab edilməsi» haqqında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «torpaq sahəsinin istifadəyə yararsız torpaq sahəsi hesab edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığı halda Yevlax Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsində qeyd olunmuşdur ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddiaçının torpaq sahəsinin istifadəyə yararsız torpaq sahəsi hesab edilməsi ilə bağlı ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidir. Göründüyü kimi, hazırki ərizə məhkəmə səlahiyyətlərinə aid deyildir. Belə ki iddia ərizəsindən görünür ki, iddiaçı neft və qaz kəmərinin keçməsi nəticəsində torpağın yararsız hala düşməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «torpaq sahəsinin istifadəyə yararsız torpaq sahəsi hesab edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə səlahiyyətlərinə aid olmadığından, iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «torpaq sahəsinin istifadəyə yararsız torpaq sahəsi hesab edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. 13 may 2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, o torpaq sahəsinin istifadəyə yararsız torpaq sahəsi hesab edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar