Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1583/2024 25.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixdə oğlun, xx.xx.2015-ci il tarixdə qız, xx.xx.2016-cı il tarixdə qız və xx.xx.2021-ci il tarixdə qız övladlarının ev şəraitində baş tutmuş doğum faktının təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Yevlax şəhər sakini X11 ilə ər-arvadıq. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 adlı səkkiz övladları anadan olmuşdur. O, xx.xx.1995-ci il təvəllüdlüdür. İlk övladını 19 yaşında olarkən dünyaya gətirmişdir. Onun övladları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X2 ev şəraitində dünyaya gətirilməsini şahidlərdə təstiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili Vəkil məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə anadan olmuş oğlan, xx.xx.2015-ci il tarixdə anadan olmuş qız, xx.xx.2016-cı il tarixdə anadan olmuş qız və xx.xx.2021-cı il tarixdə anadan olmuş qız övladlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3409 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Aynurə Zabitova, Şahid3, Səkinə Kərimova, Gülçiçək Yusubova və Şahid1 iştirakları ilə akt tərtib edilərək X6 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə X6 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3408 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Aynurə Zabitova, Şahid3, Səkinə Kərimova, Gülçiçək Yusubova və Şahid1 iştirakları ilə akt tərtib edilərək X3 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə X3 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3407 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Aynurə Zabitova, Şahid3, Səkinə Kərimova, Gülçiçək Yusubova və Şahid1 iştirakları ilə akt tərtib edilərək X7 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə X7 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3410 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Aynurə Zabitova, Şahid3, Səkinə Kərimova, Gülçiçək Yusubova və Şahid1 iştirakları ilə akt tərtib edilərək X9 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X1 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə X9 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid4 Yasin oğlu ifadəsində bildirmişdir ki, ərizəçi onun həyət yoldaşıdır. Uşaqları Səxavət xx.xx.2014-cü il tarixdə, Ülviyyə xx.xx.2015-ci il tarixdə, Fatimə xx.xx.2016-cı il tarixdə və Sevda xx.xx.2021-ci il tarixdə ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələrində bildirmişdir ki, ərizəçi onların baldızı və qızı olduğunu bildirmişdirlər. Ərizəçinin səkkiz uşağı olduğunun onlardan dördü xx.xx.2014-cü il tarixdə Səxavət, xx.xx.2015-ci il tarixdə Ülviyyə, xx.xx.2016-cı il tarixdə Fatimə və xx.xx.2021-ci il tarixdə Sevda adlı uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2014-cü il tarixdə bir oğlan uşağı, xx.xx.2015-ci il tarixdə bir qız uşağı, xx.xx.2016-cı il tarixdə bir qız uşağı və xx.xx.2021-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2014-cü il tarixdə bir oğlan uşağını, xx.xx.2015-ci il tarixdə bir qız uşağını, xx.xx.2016-cı il tarixdə bir qız uşağını və xx.xx.2021-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1583/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1583/2024
25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver