Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-16/2025 04.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı Oktay oğlunun Cavabdeh qarşı “zəbt olunmu torpaq sahəsindən cavabdehin çıxarılmasına” dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonunun Səmədabad kəndində yerləşən kənd təsərrüfatı təyinatı üçün nəzərdə tutulan, **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli torpaq sahəsindən Cavabdeh çıxarılmasını, həmçinin bu barədə zəbtlə bağlı Yevlax rayon prokurorluğuna rəsmi məlumat verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Oktay oğlu ərizə yazaraq, Cavabdeh ilə razılığa gəldiyini, cavabdehə qarşı olan iddia ərizəsinə baxılmamasını və ərizəyə baxılmadan ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 114.2-ci maddəsinə əsasən Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddiaçı Oktay oğlunun ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair müraciətini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu İddiaçı Oktay oğluna qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Oktay oğlunun Cavabdeh və X1 qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılmasına” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Oktay oğluna qaytarılsın. 28 oktyabr 2022-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş 30,0 manat və 15 noyabr 2022-ci il tarixli ********** saylı qəbzlə ödənilmiş 70,0 manat məbləğində dövlət rüsumları İddiaçı Oktay oğluna qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron məhkəmə informasiya vasitəsilə) Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-16/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-16/2025
04.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver