Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1612/2020 02.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2nın Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Yevlax şəhəri, H.Hacıyev küçəsi bina 22 mənzil 7-dən istifadə hüquqlarına (yaşamalarına) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlər onun anası və bacısıdır. Yevlax şəhəri, H.Hacıyev küçəsi bina 22 mənzil 7 mərhum atasından onlara miras qalmış və hazırda cavabdehlərlə birgə həmin mənzildə yaşayırlar. Lakin cavabdehlər onlara həmin mənzildə yaşamağa mane olurlar. Daima onlarda dava-dalaş edirlər və onların həmin mənzildən çıxmalarını tələb edirlər. Hazırkı tələbləri ondan ibarətdir ki, onlara həmin mənzildə sərbəst yaşamağa şərait yaradılsın. İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, H.Hacıyev küçəsi bina 22 mənzil 7-də cavabdehlərlə birgə yaşayırlar. Lakin hər gün evdə mübahisə olur. Onları evdən çıxarmaq istəyirlər. Evdə sakit yaşayıb, sərbəst hərəkət edə bilmirlər. Cavabdeh1 iddianı qəbul etməyərək izah etdi ki, Sahib onun oğludur. Hazırda bir mənzildə yaşayırlar. Evin bütün komunal xərclərini o ödəyir. İddiaçılar mənzilin heç bir xərcini ödəmirlər. Evdə təmizliyə riayət etmirlər. Bu səbəbdən də, aralarında tez-tez mübahisələr düşür. Özü təqaüdçüdür və komunal xərcləri tək ödəməyə gücü çatmır. Cavabdeh2 iddianı qəbul etməyərək izah etdi ki, yaşadıqları mənzil onlara mərhum atasından miras qalmışdır. Hazırda həmin mənzilin 3/4 hissəsi ona məxsusdur. Sahib və ailəsi evdə təmizliyə riayət etmirlər, komunal xərclərin ödənilməsində iştirak etmirlər. Həmçinin qoca anası Zəhra ilə də daima mübahisə edirlər. İddiaçılara heç bir maneə törətmirlər sadəcə iddiaçılar onlarla yola getmirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 xx xxxxxx 1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA0835703 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı2 xx xxxxxx 1977-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2018-ci il tarixli AZ-ll 299676 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı1 ilə X2 xx xxxxxxx 2018-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli AZ-lV 280251 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 xx xxxx 2019-cu il tarixdə anadan olmuş, atası İddiaçı1 anası İddiaçı2dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 1214/1 saylı arayışından məlum olur ki, X6 xx xxxxx 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, H.Hacıyev küçəsi ev 22, mənzil 7-də Cavabdeh2 3/4 hissə, X4 1/4 hissədə payları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçılarla cavabdehlər mərhum X1 qalmış mənzildə birgə yaşayırlar. iddiaçılar məhkəməyə müraciət edərək cavabdehlərin onlara həmin mənzildə yaşamağa törədilən maneələrə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin müdaxilə nədən ibarət olduğununa dari məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin həmin mənzil 3/4 hissədə Cavabdeh2 və 1/4 hissədə X5 məxsusdur. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadəyə törədilən maneələrin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1612/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1612/2020
02.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver