Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-162/2020 05.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxrılma tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxrılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1, Cavabdeh zəbt etdiyi, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 2938A, Kod 90101002 saylı şəhadətnamə ilə Yevlax Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli 10 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin zəbt edilmiş hissəsindən dərhal çıxarılmasına dair məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxrılma tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki İddiaçı cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxrılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxrılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-162/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-162/2020
05.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver