Məhkəmə qərarları › İş №2(039)-1624/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1624/2022

10.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1624/2022 10.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən (xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan) Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən icarəsi altında olan 6.0 ha torpaq sahəsinin 3.0 ha hissəsində, cavabdehlərin yol verdikləri maneələrin – yəni həmin sahəni məftillə və armaturla hasarlamaları və həmin sahənin içərisində dəmir su boruları vasitəsi ilə qanunsuz yollarla su aparlmaları, həmin ərazidə onun texnika işlətməyinə maneəçilik törətmələri ilə bağlı hərəkətlərinin aradan qaldırılması və həmin hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, əvvəlki iddia tələbinin təmin etməklə yanaşı (cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən (xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan) Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən icarəsi altında olan 6.0 ha torpaq sahəsinin 3.0 ha hissəsində, cavabdehlərin yol verdikləri maneələrin – yəni həmin sahəni məftillə və armaturla hasarlamaları və həmin sahənin içərisində dəmir su boruları vasitəsi ilə anunsuz yollarla su aparılmaları, həmin ərazidə onun texnika işlətməyinə maneəçilik törətmələri ilə bağlı hərəkətlərinin aradan qaldırılması və həmin hərəkətlərə son qoyulması barədə), eyni zamanda iddia tələbi üzrə, Yevlax Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş üzrə, 2(039)-1624/2022 saylı mülki iş üzrə tərəfindən ödənilmiş 400 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada olınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən əldə etdiyi ******* nömrəli çıxarışa əsasən (xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan) Yevlax rayonu Hürüuşağı kəndində yerləşən 6.0 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli 3M-18 reyestr nömrəli icarə müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2032-ci il tarixədək onun icarəsi altındadır. Qeyd edilən torpaq sahəsinin 3.0 ha hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsinə edilməsinə Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) 06 iyul 2018-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmış və iş üzrə qəbul edilmiş sonuncu məhkəmə aktı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 2881/2019 saylı qərarı ilə əvvəlki məhkəmə aktları dəyişdirilmədən saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) 06 iyul 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, qətnamə icra olunmuş və Cavabdeh1 və digərləri - hazırkı mülki iş üzrə digər cavabdehlər yenidən həmin torpaq sahələri ilə ciddi problemlər yaratmışlar. Belə ki, Cavabdeh1 ona qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq “su yolunun açılmas“ tələbinə dair iddia qaldırmışdır. Həmin iddia əsasında Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx.xx.2021-ci il tarixli 2(039)-1600/2021 saylı qətnaməsi ilə Cavabdeh1 iddia tələbi rədd edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) 06 iyul 2018-ci il tarixli, 2(039)-67/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin Cavabdeh1 tərəfindən icra edilməməsi ilə bağlı, icra məmurunun təqdimatı əsasında Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi ilə bağlı inzibati işə baxılmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(039)- 614/2019 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim T.Əliyev) 06 iyul 2018-ci il tarixli, 2(039)-67/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair Cavabdeh1 ərizəsinə Yevlax Rayon Məhkəməsində hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə baxılmış və Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(039)-135/2019 saylı qərardadı ilə borclu Cavabdeh1 ərizəsi təmin edilməmişdir. Cavabdeh1 ona və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnu təstiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx.xx.2019-cu il tarixli 2(039)-1696/2019 saylı qətnaməsi ilə Cavabdeh1 iddiası əsassız olduğundan rədd edilmişdir. Bütün yuxarıda qeyd edilən məhkəmə aktları onun xeyrinə nəticələnməsinə baxmayaraq hal – hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanuni əsaslarla onun icarəsi altında olan 6.0 ha torpaq sahəsinin 3.0 ha hissəsini qanunsuz olaraq hasarlamışlar. Cavabdehlərin hər biri yaxın qohumdurlar. Belə Hacı və Cavabdeh2lar doğma qardaşdırlar. Cavabdeh3 Cavabdeh2 oğludur, Cavabdeh4 isə Hacı və Cavabdeh2ların bacısı oğludur. Cavabdeh1 onun torpaq sahəsindən çıxarılması qət edilsə də, yenidən həmin torpaq sahəsi onun özü və digər cavabdehlər tərəfindən zəbt edilməklə yanaşı, həm də həmin sahəni məftillə və armaturla hasarlamışlar və həmin sahənin içərisindən dəmir su boruları vasitəsilə qanunsuz yollarla su aparırlar. Eyni zamanda həmin ərazidə onun texnika işlətməyinə imkan vermirlər. Cavabdehlərin bu və digər qanunsuz əməlləri barəsində Yevlax Rayon Polis X2 gedən araşdırma zamanı Yevlax Rayon Polis X3 təhqiqatçısı X5 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ 10 may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında tərəfimdən şikayət verilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə) xx.xx.2022-ci il tarixli 6(039)-7/2022 saylı qərarı ilə tərəfindən verilmiş şikayət təmin edilmiş, Yevlax rayon Polis X3 təhqiqatçısı X4 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ 10 may 2022-ci il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir. Hazırda onun cavabdehlərdən tələbi qanuni əsaslarla icarəm altında olan 6.0 ha torpaq sahəsinin 3.0 ha hissəsində onların qanunsuz və əsassız olaraq həmin sahəni məftillə və armaturla hasarlamaları və həmin sahənin içərisindən dəmir su boruları vasitəsilə qanunsuz yollarla su aparmaları və həmin ərazidə onun texnika işləməyinə cavabdehlərin maneəçilik törətmələri ilə bağlıdır. Cavabdehlər qeyd edilən maneələri törətməklə həmin torpaq sahəsinin icarəçisi olaraq onun hüquqlarını pozur və mənafeyinə mühüm ziyan vururlar. Eyni zamanda onun haqlı tələblərini yerinə yetirmirlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, hazırda təqdim edilmiş mütəxəssis rəyi ilə razıdır. Lakin onun həmin torpağa aidiyyəti yoxdur. Bu səbəbdən də iddianın təmin edirməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli 3(039)-614/2019 saylı qərarından məlum olur ki, Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(039)-1600/2021 saylı qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı su yolunun açılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 8(039)-135/2019 saylı qərardadından məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(039)-67/2018 saylı qətnaməsi üzrə icra işinin icraatına möhlət verilməsinə dair borclu Cavabdeh1 ərizəsi təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli 2(039)-1696/2019 saylı qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Yevlax rayon Hürüuşağı Bələdiyyəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 sentyabr 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 400 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 08 sentyabr 2022-ci il tarixli M/50 saylı rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* (**********37) nömrəli çıxarışa əlavə edilmiş **********37 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 6.0 ha torpaq sahəsinin 2.55 ha hissəsindən armatür və məftillə hasarlanma işləri aparılmışdır. Mübahisəli su borusu **********37 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 6.0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində 6 hektar torpaq sahəsi icarəyə verilmişdir. İddiaçı cavabdehlərə qarşı torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüquqlarının həyata keçirilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* (**********37) nömrəli çıxarışa əlavə edilmiş **********37 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilindəki 6.0 ha torpaq sahəsinin 2.55 ha hissəsindən armatür və məftillə hasarlanma işləri aparılmışdır. Mübahisəli su borusu **********37 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 6.0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən iddiaçının icarəsi altında olan 6.0 ha torpaq sahəsinin 3.0 ha hissəsində məftillə və armaturla çəkilmiş hasar cavabdehlərin hesabına sökülməlidir. Həmin ərazidə iddiaçının texnika işlətməyinə cavabdehlər tərəfindən maneəçilik törətmələri ilə bağlı hərəkətlərinə son qoyulmaldır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 400 manat pul alınaraq ididaçıya verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən İddiaçı icarəsi altında olan 6.0 ha torpaq sahəsinin 3.0 ha hissəsində məftillə və armaturla çəkilmiş hasar cavabdehlərin hesabına sökülsün. Həmin ərazidə İddiaçı texnika işlətməyinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən maneəçilik törətmələri ilə bağlı hərəkətlərinə son qoyulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 400 manat pul alınaraq İddiaçı verilməlisin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar