Məhkəmə qərarları › İş №2(039)-1625/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1625/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1625/2024 30.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, ilə hər ikisi ər-arvad olmaqla ünvan 1 ünvanında yaşayırlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2018-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X14 adlı övladları dünyaya gəlmişdir. Övladları ev şəraitində dünyaya gəldiyindən heç bir sənədlərini qeydiyyat şöbəsində ala bilmir. Övladlarının anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1, X3, X7, X4 və X6 ev şəraitində anadan olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1864 №-li, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə anadan olmuş X2, xx.xx.2017-ci ildə anadan olmuş X3, xx.xx.2018-ci ildə anadan olmuş X7, xx.xx.2019-cu ildə anadan olmuş X4 və xx.xx.2021-ci ildə anadan olmuş X6 doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2192 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Sona Əliyeva, Təranə Məmmədova, Gülnarə Əliyeva, Zəhra Məmmədova və Zöhrə Bəkirovanın iştirakları ilə akt tərtib edilərək X12 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X12 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2193 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Sona Əliyeva, Təranə Məmmədova, Gülnarə Əliyeva, Zəhra Məmmədova və Zöhrə Bəkirovanın iştirakları ilə akt tərtib edilərək X9 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2190 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Sona Əliyeva, Təranə Məmmədova, Gülnarə Əliyeva, Zəhra Məmmədova və Zöhrə Bəkirovanın iştirakları ilə akt tərtib edilərək X15 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2189 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Sona Əliyeva, Təranə Məmmədova, Gülnarə Əliyeva, Zəhra Məmmədova və Zöhrə Bəkirovanın iştirakları ilə akt tərtib edilərək X11 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X11 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2191 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Sona Əliyeva, Təranə Məmmədova, Gülnarə Əliyeva, Zəhra Məmmədova və Zöhrə Bəkirovanın iştirakları ilə akt tərtib edilərək X14 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X10 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-cü il təvəllüdlü X14 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. AA seriyalı ******* №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X16 və xx.xx.2023-cü il təvəllüdlü X5r. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1- 82/2-488/2024 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi övladları X8, X9, X15, X11 və X14 xx.xx.2024-cü il tarixdə “Təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə” üçün Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli arayışlar Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən tərtib edilmişdir. Yevlax şəhər icra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-9-1/2-459/2024 saylı məhkəmə sorğusunun cavabından məlum olur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktını müəyyən edilməsi barədə 1 saylı inzibati ərazi dairəsinə müraciət etmişdir və X8, X9, X15, X11 və X14 barələrində məlumatlar 1 saylı nümayəndəlik tərəfindən tərtib edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X18 və X13 ifadələrində bildirmişdir ki, ərizəçi onların qardaşı arvadı və qonşusu olduğunu bildirmişdirlər. Ərizəçinin yeddi uşağı olduğunu onlardan beşi xx.xx.2016-cı il tarixdə Mənsumə, xx.xx.2017-ci il tarixdə Mətanət, xx.xx.2018-ci il tarixdə Maya, xx.xx.2019-cu il tarixdə Mariya və xx.xx.2021-ci il tarixdə Ayşən uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2016-cı il tarixdə bir qız uşağı, xx.xx.2017-ci il tarixdə bir qız uşağı, xx.xx.2018-ci il tarixdə bir qız uşağı, xx.xx.2019-cu il tarixdə bir qız uşağı və xx.xx.2021-ci il tarixdə bir qız doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə bir qız uşağını, xx.xx.2017-ci il tarixdə bir qız uşağını, xx.xx.2018-ci il tarixdə bir qız uşağını, xx.xx.2019-cu il tarixdə bir qız uşağını və xx.xx.2021-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar