Məhkəmə qərarları › İş №2(039)-1631/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1631/2023

15.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1631/2023 15.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızına qarşı «torpaqdan çıxarılma» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızına qarşı «torpaqdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 20 fevral 2023-cü il tarixli **********86 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 1.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızı iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Əlövsət onun torpağını zəbt etmişdir. Hazırda ona torpaqlarını dəyişmək təklifi edir. O da öz torpağından istifadə etmək istəyir. Əlövsət onun torpağından çıxmır. İddiaçı və vəkili X2 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçının 1.58 ha torpaq sahəsi vardır. Cavabdeh həmin torpağı zəbt etmişdir. Cavabdeh məhkəmə iclasında izah etdi ki, 2007-ci ildə torpağı almışdır. 2017-ci ildə qızının adına keçirmişdir. Alim onu məhkəməyə verib ki, torpaqdan çıxsın. Mütəxəssis gələndə iştirak etmişdir. Hamı bilir ki, torpaq onundur. Həmin torpağa xərc çəkmişdir. Ona məxsus torpağı da Alim istifadə edir. İstifadə etdiyi torpağın onda qalmasını istəyir. Cavabdeh Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 20 fevral 2023-cü il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində mülkiyyətində 1.58 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 08 fevral 2017-ci il tarixli çıxarışdan məlum olur ki, Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızının Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində mülkiyyətində 1.5199 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 oktyabr 2023-cü il tarixli 3-21-3-35/2-3961/2023 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yerləşən, iddiaçının torpağı cavabdehlər Cavabdeh və Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızı tərəfindən naturada istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 20 fevral 2023-cü il tarixli çıxarışa əsasən Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində mülkiyyətində 1.58 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsini cavabdehlər faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan 1.58 ha torpaq sahəsindən cavabdehlər çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İnsan hüquqlarinin və əsas azadlıqlarinin müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 1.58 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh və Verdiyeva (Dadaşova) Əfsanə Əlövsət qızı çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar