Məhkəmə qərarları › İş №2(039)-1636/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1636/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1636/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Nəbiyeva (Məmmədova) Nargilə Məhəmməd qızına qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nəbiyeva (Məmmədova) Nargilə qızına qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əsas hissəsi onun mülkiyyətinə daxildir. Mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh onun qardaşı X1 həyat yoldaşıdır. Onların arasında olan rəsmi nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. X2 artıq başqa qadınla ailə həyatı qurmuşdur. Cavabdehin artıq onlarla heç bir ailə bağlılığı qalmamışdır. Cavabdehin onunla münasibətləri çox gərgindir. Aralarında tez-tez narazılıq və dava-dalaş olur. O, Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın əsas mülkiyyətçisi olduğundan, o cümlədən cavabdehin həmin fərdi yaşayış evinə dair heç bir yaşamaq, istifadə hüququ olmadığından o, dəfələrlə cavabdehə onun həmin evdən çıxarılmasını tələb etmiş cavabdeh isə onun bu barədə olan tələblərini qəbul etməmişdir. Cavabdeh Yevlax şəhəri ünvan 1 ünvanında kiçik bir torpaq sahəsinin mülkiyyətçisidir və o, həmin səhəyə dair ona kompensasiya ödəməyə hazırdır. Lakin fərdi yaşayış evinə dair cavabdehin heç bir haqqı, hüququ yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçının X2 ilə 1991-ci il tarixdə faktiki nikaha daxil olub, nikahlarını 2005-ci il tarixdə rəsmiləşdirmişlər. O, 1991-ci ildən mübahisəli yaşayış evində yaşayaraq keçmiş əri ilə birlikdə birgə təsərrüfat aparmışdır. Birgə nikahdan 3 övladları olmuşdur və uşaqları hazırda yetkinlik yaşına çatmışdır. İddiaçıya məxsus yaşayış evi hazırda həm də onun keçmiş əri Arif Nəbiyevin mülkiyyətindədir. O, 1991-ci ildə mübahisəli evdə yaşayıb və hazırda da yaşayır. Onun getməyə başqa yeri yoxdur. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* №li çıxarışla müəyyən olunur ki, Yevlax şəhəri Şəkili küçəsi 0,05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 80,3 m2 olan fərdi yaşayış evi (mübahisələndirilən yaşayış evi) paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2018-ci ildə İddiaçı (iddiaçının), X3(cavabdehin keçmiş ərinin) və digərlərinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-154/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən X4 ilə Nəbiyeva (Məmmədova) Nargilə qızı arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli nikah qeydinin pozulması qət edilmişdir. İddiaçı 1991-ci ildən mübahisəli yaşayış evinə gəlin köçərək orada yaşadığını bildirir, iddiaçı bu halı mübahisələndirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli mənzilə köçən zaman, yəni 1991-ci ildə mübahisəli mənzilə mülkiyyət hüququ qeydə alınmadığından məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahiəli mənzilə istifadə hüququ yarandığından iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar