Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1657/2024 07.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Yevlax rayon Salahlı Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Yevlax rayon Salahlı Bələdiyyəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə, Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Yevlax rayon Salahlı Bələdiyyəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Salahlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 3M-856 reyestr nömrəli və 3M-857 reyestr nömrəli müqavilələrin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması, Cavabdeh3 adına verilmiş 27 aprel 2022-ci il tarixli **********55 reyestr nömrəli və 29 aprel 2022-ci il tarixli **********56 reyestr nömrəli çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Yevlax rayon 1 saylı Notariat ofisi əsil cavabdeh Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası torpaq müsabiqə və hərrac komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) torpaq müsaqibə və hərracların nəticələri barədə 02 sentyabr 2021-ci il tarixli, 14/1 və 14\2 nömrəli protokollarının etibarsız hesab edilməsi, Yevlax rayon Salahlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 3M-856 reyestr nömrəli və 3M-857 reyestr nömrəli müqavilələrin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması, Cavabdeh3 adına verilmiş 27 aprel 2022-ci il tarixli **********55 reyestr nömrəli və 29 aprel 2022-ci il tarixli **********56 reyestr nömrəli çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayon Salahlı Bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli qərarı ilə Bələdiyyənin mülkiyyətindən olan 30 ha torpaq sahəsi iddiaçının mərhum əri X5 icarəsinə verilmişdir. Həmin vaxtdan torpaqdan iddiaçı və onun ailə üzvləri istifadə edirlər. X12 2017-ci ildə vəfat etmişdir. Xəlilova X4 ilə aralarında icarə müqaviləsinin bağlandığını bildirir və müqavilə əsasında adına müvafiq çıxarışların verilməsini vildirir. İddiaçı tərəf bununla razı deyil. Həmin torpaq sahəsi iddiaçının istifadəsində olan zaman Bələdiyyə həmin torpaq sahəsini Cavabdeh3 icarəsinə vermişdir. Bu da tam qanunsuz və əsassızdır. Bu əməliyyat Bələdiyyənin keçmiş sədri Turabin Xəlilov tərəfindən həyata keçirilmişdir. Hazırki Bələdiyyə sədri və digər Bələdiyyə üzvləri həmin torpaq sahəsinin Cavabdeh3 icarəyə verilməsi ilə bağlı heç bir iclasın keçirilmədiyi bildirmişlər. İclas keçrilsə də həmin iclaslarda Cavabdeh3 torpaq sahəsinin icarəyə verilməsi məsələsi gündəmdə olmamışdır. İclas başqa formada keçirilsə də, sonrada bu qaydada rəsmiləşdirlimişdir. Cavabdeh Yevlax rayon Salahlı Bələdiyyəsinin nümayəndəsi X6 izah etmişdir ki, 21 may 2022-ci ildə iclas keçirilmişdir. Lakin həmin iclasda torpağın icarəyə verilməsi məsələsi gündəmdə olmamışdır. Bələdiyyə üzvləri protokolun sununcu vərəqinə imza etmişlər. Lakin protokol sonradan yazılmışdır. Həmin məsələyə ümumiyyətlə baxılmamışdır. Onlar protokolun sonuncu vərəqinə iclasda iştirak etməkləri ilə bağlı imza etmişlər. Cavabdeh Yevlax rayon Salahlı Bələdiyyəsinin nümayəndəsi X6 məhkəmədən qanuna müfafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyasının nümayəndəsi X13 izah etmişdir ki, hərracı keçirilməsi qaydası belədir ki, istənilən Bələdiyyə və ya digər qrum iclas keçirərək, torpaqla bağlı qərar qəbul edir. Hazırki iş üzrə də Bələdiyyə iclasında 7 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərraca çıxarılması qərara alınmışdır. Protokol əsasında torpağa baxış keçirilmişdir. Baxış əsasında torpağın Bələdiyə mülkiyyəti olması barədə olnalra cavab daxil olmuşdur. Həmçinin Bələdiyyə çıxarış almışdır. Həmin çıxarış əsasında Bələdiyyə qərar vermişdir ki, həmin torpaq sahəsi icarəyə verilsin. Bələdiyyənin müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi hərracların keçirilməsini təşkil etmişdir. Hərracda ən azı iki nəfər iştirka etməlidir. Həmçinin hərracın keçirilməsi ilə bağlı internet saytında da elan verilmişdir. Müsahibədə daha çox məblğ təklif edən şəxs qalib olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası bu aydaları pozmadan harrıcı həyata keçirmişdir. Bələdiyyə sədri bu barədə elan verib berməməsini bilmir. Bu barədə onlarda məlumat yoxdur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Yevlax rayon Salahlı Bələdiyyəsində işləyir. Torpağın hərraca çıxarılması barədə protokolları öz maraqları çərçivəsində tərtib edib göndərmişlər. Bu barədə onun məlumatı olmamışdır. Keçmiş Bələdiyyə sədri guya ki, səhhətinə görə vəzifəsindən germişdir. Lakin bu belə deyil. Bələdiyyə torpağının Cavabdeh3 icarəyə verilməsi ilə bağlı hər hansı bir iclasda iştirak etməmişdir. Torpaq sahəsinin hərraca çıxarılmasından bütün kənd camahatının xəbəri olmalı idi. Lakin bununla bağlı elan verilməmişdir. Əvvəllər həmin torpaq sahəsi Usub Xəlilovun icarəsində olmuşdur. Usub Xəlilov vəfat etdikdən sonra həmin torpaqdan İddiaçı istifadə edir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Yevlax rayon Salahlı Bələdiyyəsinin üzvüdür. X8 sədri olanda öz qohumları ilə bu məsələni həll edilblər. Torpağın hərraca çıxarılmasından məlumatı olmamışdır. Sonradan bilmişdir ki, Cavabdeh3 hərracda torpağı icarəyə götürmüşdür. Bununla bağlı Bələdiyyə üzvlərinin xəbəri olmamışdır. Cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə və Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3nnın, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin və Mingəçevir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 29 aprel 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh3 icarə hüququ əsasənda Yevlax rayonu, Salahlı kəndində 2.866 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18 aprel 2022-ci il tarixli daşınmaz əmlakn texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Cavabdeh3 icarəsinə verilmiş Yevlax rayon Salahlı Bələdiyyəsinə verilmiş Yevlax rayonu, Salahlı kəndində 2.866 ha baxış keçirilmiş və torpaq sahəsi elektron baza məlumatlarına uyğundur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Yevlax rayon Salahlı Bələdiyyəsi mülkiyyətində olan Yevlax rayonu, Salahlı kəndində yerləşən 2.866 ha torpaq sahəsini Cavabdeh3 icarəsinə vermişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 27 aprel 2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh3 icarə hüququ əsasənda Yevlax rayonu, Salahlı kəndində 3.2445 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 18 aprel 2022-ci il tarixli daşınmaz əmlakn texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Cavabdeh3 icarəsinə verilmiş Yevlax rayon Salahlı Bələdiyyəsinə verilmiş Yevlax rayonu, Salahlı kəndində 3.2445 ha baxış keçirilmiş və torpaq sahəsi elektron baza məlumatlarına uyğundur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Yevlax rayon Salahlı Bələdiyyəsi mülkiyyətində olan Yevlax rayonu, Salahlı kəndində yerləşən 3.2445 ha torpaq sahəsini Cavabdeh3 icarəsinə vermişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 05 may 2021ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayon X2 rayonu, Salahlı kəndində 3.2445 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 02 sentyabr 2021-ci il tarixli Seriya AM 013127 saylı şəhadətnamədən çıxarışdan görünür ki, Yevlax rayon X2 rayonu, Salahlı kəndində 3.2445 ha torpaq sahəsinin icarəyə verilməsi barədə keçirilmiş hərracın qalibi olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 02 sentyabr 2021-ci il tarixli Seriya AM 012908 saylı şəhadətnamədən çıxarışdan görünür ki, Yevlax rayon X2 rayonu, Salahlı kəndində 2.866 ha torpaq sahəsinin icarəyə verilməsi barədə keçirilmiş hərracın qalibi olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 05 may 2021ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayon X2 rayonu, Salahlı kəndində 2.866 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki İnzabati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2-1(116)-1054/2024 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı üçüncü şəxs Cavabdeh3 verilmiş 27 aprel 2022-ci il tarixli və 29 aprel 2022-ci il tarixli çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi mümkün sayılmamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 14 avqust 2024-cü il tarixli 368 saylı məktubundan görünür ki, Yevlax rayon 1 saylı Notariat ofisində 20 sentyabr 2021-ci il tarixdə Yevlax rayon Salahlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında 3M-856 və 3M-857 reyestr nömrəsi ilə icarə müqaviləsi bağlanmamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Salahlı Bələdiyyəsinin 21 may 2021-ci il tarixli 015 saylı protokolundan görünür ki, Yevlax rayonu Salahlı Bələdiyyəsinə məxsus olan 2.866 ha və 3.2445 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsinə baxılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Salahlı Bələdiyyəsinin 20 sentyabr 2021-ci il tarixli 28 saylı protokolundan görünür ki, Yevlax rayonu Salahlı Bələdiyyəsinə məxsus olan 2.866 ha və 3.2445 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsinə baxılmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Salahlı Bələdiyyəsinin 04 oktyabr 2021-ci il tarixli 161 saylı arayışından görünür ki, İddiaçı 15 il müddətinə müqavilə əsasında Salahlı kənd Bələdiyyəsinin mülkiyyətində olan 30 hektar torpaq sahəsindən istifadə etmiş, müqavilənin vaxtı bitdiyindən həmin torpaq sahəsi yenidən onun istifadəsinə verilərək yeni müqavilənin hazırlanması prosedurlarına başlanmışdır. Hal-hazırda İddiaçı istifadəsinə 15 ha torpaq sahəsi istifadə üçün ona təhkim edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(039)-27/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər X10, X9, İddiaçı və maraqlı şəxs Yevlax rayon Salahlı Bələdiyyəsinə qarşı «cavabdehlərin ona məxsus olan torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Yevlax Rayon Salahlı Bələdiyyəsinin 24 sentyabr 2004-cü il tarixli, 40 nömrəli qərarı ilə Salahlı Bələdiyyəsinin mülkiyyətində olan 26 hektar örüş və 4 hektar qamışlıq olmaqla, 30 hektar torpaq sahəsi mərhum əri X5 icarəsinə verilmişdir. X12 19 iyul 2017-ci tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsindən X5 vərəsəsi olan həyat yoldaşı İddiaçı və ilə üzvləri istifadə edir. Həmin torpaq sahəsinin 2.866 ha və 3.2445 ha hissəsi ilə bağlı hərrac keçirilmiş və hərracın qalibi Cavabdeh3 olduğundan onunla Yevlax rayon Salahlı Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən həmin torpaq sahələri Cavabdeh3 icarəsinə verilmişdir. Müqavilə əsasında Cavabdeh3 müvafiq çıxarışlar almışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) torpaq müsaqibə və hərracların nəticələri barədə 02 sentyabr 2021-ci il tarixli, 14/1 və 14/2 nömrəli protokollarının etibarsız hesab edilməsi, Yevlax rayon Salahlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 3M-856 reyestr nömrəli və 3M-857 reyestr nömrəli müqavilələrin etibarsız hesab olunması, onun bütün hüquqi nəticələrinin ləğv olunması, Cavabdeh3 adına verilmiş 27 aprel 2022-ci il tarixli **********55 reyestr nömrəli və 29 aprel 2022-ci il tarixli **********56 reyestr nömrəli çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahilər (Bələdiyyə üzvləri) torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı Bələdiyyə iclaslarının gündəmində müzakirə olunmadığını bildirmişdir. Həmçinin iddiaçı torpaq sahəsindən hazırdada istifadə etsə də, torpağın hərraca çıxarılmasından məlumatlandırılmamıdşır. Ona görə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsaqibə və hərracların nəticələri barədə 02 sentyabr 2021-ci il tarixli, 14/1 və 14/2 nömrəli protokolları etibarsız hesab edilməli, Yevlax rayon Salahlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 3M-856 reyestr nömrəli və 3M-857 reyestr nömrəli müqavilələri ləğv edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına aparılmış qeyd ləğv edilidir. Hüquq normalarının məzmunundan da göründüyü kimi, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahəsi də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçının bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçının mərhum haəyat yoldaşı həmin torpaq sahəsinin əvvəlki istifadəçisi olmuşdur. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçı həmin torpaq sahəsini hazırda da istifadə edir. Həmçinin, iddiaçı Yevlax rayon Salahlı bələdiyyəsinin əhatə etdiyi ərazidə daimi yaşayan şəxsdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı qanunla nəzərə alınan üstünlük hüquqlarından - icarəyə verilən torpaq sahəsinin əvvəlki və hazırki istifadəçisi olması iddiaçıya şamil edilir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı təkidlə bildirir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Yevlax rayonu Salahlı kəndində yaşayan sakin kimi məlumatlandırılmamış və hərrac gizli şəkildə keçirilmişdir. İş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar hər hansı qəzetdə elan verilməsinə dair sübut təqdim edilməmiş, eləcə də bu elanın verilməməsi Salahlı bələdiyyəsinin ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında da, cavabdeh-bələdiyyənin nümayəndəsinə Yevlax rayonu Salahlı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılmasına dair elanın bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi tərəfindən belə bir sübutun olmaması bildirilmiş və təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən Bələdiyyə üzvləri torpağın icarəyə verilməsi ilə bağlı iclasın keçirilmədiyini bildirmişlər. Məhkəməyə təqdim edilmiş Bələdiyyə iclasının protokolu da, Bələdiyyə üzvləri tərəfindən imzalanmamışdır. (Bələdiyyə üzvləri protokolla tamış etdirilməmişlər.) Halbuki, bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.7-ci maddəsinə uyğun olaraq ərazidə yaşayan sakinləri bilavasitə olaraq məlumatlandırmağa borclu idi. Ona görə ki, həmin maddənin tələblərinə görə bələdiyyələr satışa çıxarılan torpaq sahələrini və bu torpaqların ölçülərini, təyinatını, qiymətini, olduğu yeri göstərməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatı seçicilərə çatdırırlar. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahəsi ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir. Bundan başqa, torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın 02 sentyabr 2021-ci il tarixdə keçirildiyi iclasında Komissiya tərəfindən Yevlax rayon ərazisində yerləşən Salahlı bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 02 sentyabr 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmişdir. Halbuki torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə müsabiqədə iştirak edən şəxslər isə təkliflərini yazmışdır. Göründüyü kimi, yuxarıda göstərilən hallar Yevlax rayonu, Salahlı bələdiyyəsinə məxsus torpaq sahəsi ilə bağlı 14/1 və 14/2 nömrəli 02 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X11 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolunun etibarsız hesab edilməsinə yetərincə əsas verir. Bütün bu qeyd olunanlar isə hərracın formal keçirildiyini bir daha təsdiq edir. Həmçinin, Mingəçevir Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X1 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 02 sentyabr 2021-ci il tarixi 14/1 və 14/2 nömrəli iclas protokolunun əsasında verilmişdir. Etibarlı olmayan torpaq müsabiqəsinin nəticələri barədə 02 sentyabr 2021-ci il tarixi 14/1 və 14/2 nömrəli iclas protokolları əsasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi də qanuni sənəd hesab edilə bilməz. Ha belə məhkəmə qeyd edir ki, süzügedən torpaq sahəsindən 2004-cü ildən iddiaçı və ailə üzvləri istifadə edir. Həmin torpaq sahəsinin icarəyə verilməsi ilk öncə iddiaçıya və ailə üzvlərinə təklif olunmalı olduğu halda bu qaydaya riayət olunmamışdır. Həmçinin Bələdiyyə iclasları qanuna zidd şəkildə keçirilmişdir. Belə ki, iclas keçirilsə də, bələdiyyə üzvləri gündəmdə olan məsələ ilə bağlı düzgün məlumatlandırılmamışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2 Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsi 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. 16-cı maddəsinin 2-ci bəndinə əsasən yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.7-ci maddəsinə əsasən bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu 9-cu maddəsinin 5-ci abzasına əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. Torpaq İcarəsi haqqında Qanun 10-cu maddəsinə əsasən bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X1 ərazi torpaq müsabiqə və hərrac komissiyası torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsaqibə və hərracların nəticələri barədə 02 sentyabr 2021-ci il tarixli, 14/1 və 14/2 nömrəli protokolları etibarsız hesab edilsin. Yevlax rayon Salahlı Bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli, 3M-856 reyestr nömrəli və 3M-857 reyestr nömrəli müqavilələri ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına aparılmış qeydlər ləğv edilsin. İddia qalah hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ruslan Əlizadə