Məhkəmə qərarları › İş №2(039)-1660/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1660/2022

29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1660/2022 29.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X8 03 may 2013-cü ildə, X6 15 aprel 2015-ci ildə, X9 09 avqust 2017-ci ildə, X7 09 avqust 2017-ci ildə və X11 20 yanvar 2020-ci ildə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizəni onunla əsaslandırmışlar ki, onlar faktiki olaraq ailə qurmaqla evlənmişlər. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə evliliklərindən 6 uşaqları doğulmuşdur. Onlar sonuncu uşaqlarına doğum haqqında şəhadətnamə alsalar da, əvvəlki 5 uşağa vaxtında doğum haqqında şəhadətnamə ala bilməmişlər. Maraqlı şəxsnə müraciət etsələr də, onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşularıdır. Ərizəçilər el adəti ilə ailə qurmuşdur. Onların birgə yaşayışlarından 6 uşaqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, ərizəçilər onun qonşularıdır. Onlar ailə qurmuşlar. Birgə yaşayışlarından 6 uşaqları olmuşdur. Hətta uşaqların ikisi əkizdir. Məhkəmə ərizəçlərin izahatlarını şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2022-ci il tarixli 2633 saylı aktından görünür ki, X3 şəhərində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2022-ci il tarixli 2638 saylı aktından görünür ki, X1 şəhərində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2022-ci il tarixli 2637 saylı aktından görünür ki, X4 şəhərində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2022-ci il tarixli 2636 saylı aktından görünür ki, X2 şəhərində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 may 2022-ci il tarixli 2635 saylı aktından görünür ki, X5 şəhərində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 01 fevral 2022-ci il tarixli AZ-lV 696156 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19 yanvar 2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 11 may 2022-ci il tarixli, 1224 saylı məktubundan məlum olur ki, Ərizəçi1 məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçilər faktiki olaraq ailə qurmuşlar. Birgə yaşayışlarından 6 uşaqları olmuşdur. Bir uşaq üçün doğum haqqında şəhadətnamə alsalar da, digər 5 uşaq üçün doğum haqqında şəhadətnamə almamışlar. Hazırda da, bu faktın başqa formada təsdiq edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmişlər. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi1 03 may 2013-cü il tarixdə bir oğlan, 15 aprel 2015-ci il tarixdə bir qız, 09 avqust 2017-ci il tarixdə iki qız və 20 yanvar 2020-ci il tarixdə bir oğlan uşağının doğması faktı müəyyən edilsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi1 03 may 2013-cü il tarixdə bir oğlan, 15 aprel 2015-ci il tarixdə bir qız, 09 avqust 2017-ci il tarixdə iki qız və 20 yanvar 2020-ci il tarixdə bir oğlan uşağının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar