Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1675/2020 09.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı1 (eyni zamanda digər İddiaçı2 nümayəndəsi), cavabdehlər Cavabdeh2 və X1 iştirakları ilə, İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Nürəddin oğluna, Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar, cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərar ilə “Torpağın mülkiyyət hüququna dair JN-157 (KOD 90112028) saylı Dövlət aktı ilə Yevlax rayonu Nərimanabad kəndində yerləşən, ümumibirgə mülkiyyətlərində olan 5,53 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün nəzərdə tutulan torpaq sahəsinə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli, 34 nömrəli qərarına əsasən Yevlax rayonu Nərimankənd kəndində yerləşən 5,53 ha torpaq sahəsi onların yəni, iddiaçı və cavabdehlərin ümumi birgə mülkiyyətindədir. Qeyd edildiyi kimi ümumi birgə mülkiyyətdə olan əmlaklar hər biri ayrı-ayrılıqda bu şəxslərin daşınmaz əmlakıdır. Ümumi birgə mülkiyyətində olan torpaq sahələri paylara münasibətdə naturada bölünmədiyindən, onlar öz payları nə sata bilir, nə də həmin torpaq üzərində sərancam vermə hüquqlarını müəyyənləşdirə bilirlər. Cavabdehlərlə qarşılıqlı razılıq əldə edə bilmədikləri üçün ümumi birgə mülkiyyətdə olan 5,53 ha torpaq sahəsinin mülkiyyətçilərə münasibətdə paylarının müəyyən olunmasını istəyirlər Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) və İddiaçı3 iddia tələbini müdafiə edərək, Yevlax rayon Nərimanabad kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan, kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan 5,53 ha torpaq sahəsində iddiaçıların payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və X5 ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə paylarının üməyyən edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: JN:157 KOD ********* saylı “torpağın mülkiyyətə verilməsi”nə dair aktdan müəyyən edilir ki, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 5,53 ha torpaq sahəsi Ənvər Mehtiyevə, Cavabdeh5 və onların ailə üzvləri Nürəddin Mehtiyevə, İddiaçı3, Cavabdeh1, Kəmalə Mehtiyevaya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 verilmişdir. Məhkəmə, torpaq iddiaçıların paylarının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 5,53 ha torpaq sahəsinin 1/11 hissəsinə İddiaçı1, 1/11 hissəsinə İddiaçı3 1/11 və İddiaçı2 payları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Res-pub-li--ka-sı Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu X3 xx.xx.1998-ci il tarixli 34 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə məxsus Yevlax rayonu, Nərimanabad kəndində yerləşən 5,53 ha torpaq sahəsinin 1/11 hissəsinə İddiaçı1, 1/11 hissəsinə İddiaçı3 və 1/11 hissəsinə İddiaçı2 payları müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1675/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1675/2020
09.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver