Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1697/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı onun və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Varvara kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4,66 ha torpaq sahəsinin 1/5 hissəsinə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli, 52 saylı qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 ha torpaq sahəsi onun və digər dörd nəfərin ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsindən cavabdeh istifadə edir. O, dəfələrlə mülkiyyətində olan torpaq sahəsinin bölünməsi ilə əlaqədar müraciətlər etsə də, müraciəti öz həllini tapmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Torpaq sahəsindən cavabdehin qanunsuz hərəkətləri ucbatından istifadə edə bilmir. Bu səbəbdən torpaq sahəsində payının müəyyən edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, digər mülkiyyətçilərdən Mürvətin onun anası, Çingiz və Əlağanın onun qardaşları olduğunu, anasının və qardaşı Çingizin vəfat etdiyini, digər qardaşı Əlağanın isə itkin düşdüyünü, bərabər şəkildə iddiaçının payının ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. JN-0284, 90104018 kodlu “torpağın mülkiyyətə hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 23.06.2000-ci il tarixli, 52 nömrəli qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X3, X4 və Cavabdeh mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı özünə məxsus olan hissədə payının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə iddiaçın payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-0284, 90104018 kodlu “torpağın mülkiyyətə hüququna” dair dövlət aktına əsasən İddiaçı və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Varvara kəndində yerləşən 4,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1697/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1697/2021
27.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver