Məhkəmə qərarları › İş №2(039)-17/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-17/2020

04.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-17/2020 04.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsində payın naturada ayrılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və Vaqif Mustafayevə qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə paylı mülkiyyətində, yəni Yevlax şəhəri, Əfəndiyev küçəsi, 11 ünvanda yerləşən torpaq sahəsində olan 2/4 payının naturada bölünərək ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o, cavabdehlərlə birlikdə ünvan 2 saylı ünvanda yaşayır. Cavabdehlərlə yaranmış ailə mübahisəsi zəminində o, həmin evdən çıxarılmış və Yevlax Rayon Məhkəməsində həmin ünvanda istifadə hüququnun tanınmaqla paylı mülkiyyət evə köçürülməyi barədə iddia qaldırmışdır. Cavabdehlərlə paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünərək ayrılmasında razılığa gələ bilmirlər. Ailə münasibətləri tamamilə pisləşmişdir. Mülkiyyətçi olaraq ünvan 2 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin 2/4 hissəsi ona məxsus olmasına baxmayaraq naturada payı bəlli olmadığından öz mülkiyyətindən sərbəst və maneəsiz olaraq istifadə etmək hüququnu həyata keçirə bilmir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin iki hissəyə bölünməsi zamanı ona düşəcək hissənin bir qisminin yaşayış evinin atına düşdüyü təqdirdə, bu hissənin dəyərinin ödənilməsinə etirazı yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Vaqif Mustafayev iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, onun və anası olan digər Cavabdeh tərəfindən iddiaçının həmin torpaq sahəsindən istifadə edilməsinə hər hansı maneə törədilmir, lakin onunla bir həyətdə və bir evdə yaşamaq da mümkün deyildir. Onlara məxsus olan evlərinin üzərində yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin hansı əsasla iddiaçının adına qeyd edilməsi ona məlum deyil. İddiaçıya qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müqabilində hər hansı məbləğ ödəməyə maddi imkanı yoxdur. Özlərinə məxsus torpaq sahəsini də pul müqabilində iddiaçıya verməyə razı deyil. Aralarında olan münasibətlər pozulduqdan sonra iddiaçıya Bakı şəhərində olan evini bağışlamışdır. Bu səbəbdən iddiaçının torpaq tələbinin hər hansı hüquqi əsası yoxdur. Torpaq sahəsinin iki hissəyə bölünməsi bir mülkiyyətçi olaraq onun və anasının hüquqlarını pozur, evlərinin yerləşdiyi sahədən hüquqlarını məhdudlaşdırır. Anası Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı var, lakin xəstə olduğundan iclasa gələ bilmir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Seriya RX ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 11 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə X4, 2/6 hissə də isə Cavabdeh məxsusdur. Həmin fərdi yaşayış evinin cizgi planına torpaq sahəsinin də cizgi planı əlavə edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax şəhəri, İ. Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı, cavabdehlər X3 və Cavabdeh ümumi birgə mülkiyyətlərində olan 0.04 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin yerləşən yaşayış evindən kənarda real bölünməsi mümkün deyildir. Məhkəmə iclası zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Mingəçevir Layihə- Tədqiqat İdarəsinin mühəndisi Silyan Abbasov məhkəmə iclası zamanı bildirmişdir ki, qeyd edilən torpaq sahəsində ölçü işləri aparmışdır. Belə ki, iki hissəyə bölünəcəyi təqdirdə 46 m2 metr hissə yaşayış evinin altına düşdüyündən bir tərəfə o qədər əskik torpaq sahəsi düşür. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 25142 nömrəli rəyində qeyd edilir ki, Yevlax şəhəri, İ. Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən, paylı mülkiyyətdə olan torpaq sahəsinin 3/6 hissəsinin həmin ünvanda yerləşən yaşayış evindən kənarda naturada ayrılması Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin 1-ci variantında bir tərəfindən 83 kv.m., 2-ci variantında digər tərəfdən 36 kv.m. sahə ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşdüyü müəyyən olunur. “Əmlakın Qiymətləndirilməsi MMC-nin xx xxxx 2020-ci il tarixli rəyində qeyd olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 6 ünvanında yerləşən, 0.04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə real bazar dəyəri 8,000 manat, 1 sotunun orta bazar qiyməti 2,000 manat təşkil edir. Mülki Məcəllə: Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə X4, 2/6 hissə də isə Cavabdeh məxsusdur. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı özünə məxsus olan hissədə torpağının real ayrılmasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyində, habelə ekspertiza rəyində mübahisə predmeti olan torpaq sahəsinin, onun üzərində yerləşən yaşayış evindən kənarda real bölünməsi mümkün olmadığı qeyd edilsə də, bu hal, hazırkı iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Bu zaman yaşayış evinin altında yerləşən və həyətyanı torpaq sahəsinin gələcəkdə üçüncü şəxsə satılacağı təqdirdə də müəyyən çətinliklər yaradacağı da nəzərə alınmalıdır. Belə ki, ekspert rəyinə görə yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin 1-ci variantında bir tərəfindən 83 kv.m., 2-ci variantında digər tərəfdən 36 kv.m. sahə ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşdüyü müəyyən olunur ki, Mülki Məcəllənin 220.4 maddəsinin tələblərinə müvafiq olaraq ayrılması mümkün olmayan sahənin dəyərinin ödənilməsi yolu ilə bölgü aparıması məqsədə müvafiqdir. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı bunun mümkün olduğu müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsindən həmin küçədə yerləşən 11 nömrəli evə əsas giriş var, torpaq sahəsinin arxa hissəsində isə başqa küçəyə qapı mövcuddur. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, sənəd üzrə torpaq sahəsi 0,04 ha, faktiki isə 0,0445 ha təşkil edir ki, bölgü sənəddə qeyd edilən ölçülər üzrə aparılmalıdır. Bu halda Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi tərəfdən torpaq sahəsinə giriş hissəsində Cavabdeh məxsus yaşayış evinin daha çox hissəsi yerləşməsi nəzərə alınmalı və həmin hissə cavabdehlərə verilməlidir. Bu zaman bu hissəyə giriş hissəsinin eni 14,48 metr, uzunluğu, yaşayış evinin son nöqtəsinə olan, planda qeyd edilmiş 8,10 və 8,20 metr, cəmi 16,30 metr, ümumi sahəsi 236 m2 daxil olur ki, cavabdehlərə 36 m2 paylarından artıq düşür. Bu səbəbdən cavabdehlərə artıq qalan sahənin dəyəri, iş üzrə tərəflər bu barədə başqa mötəbər sübut təqdim etmədiyindən hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla 720 manat (100 m2 dəyəri 2,000 manat olduqda 1 m2 20 manat hesabı ilə) cavabdehlərdən müştərək qadada iddiaçının xeyrinə tutulmalıdır. Belə olan təqdirdə iddiaçıya torpaq sahəsinin qalan 164 m2 hissəsi aid edilməli və torpaq sahəsinin 36 m2 hissəsinə onun mülkiyyət hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsinin həmin küçədən əsas giriş hissəsindən, qətnaməyə əlavə edilmiş bölgü planına uyğun olaraq, eni 14,48 metr, uzunluğu, yaşayış evinin son nöqtəsinə olan, planda qeyd edilmiş 8,10 və 8,20 metr, cəmi 16,30 metr, ümumi sahəsi 236 m2 naturada ayrılaraq Cavabdeh 2/3 və X3 1/3 hissədə paylı mülkiyyətinə verilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada torpaq sahəsinin 36 m2 sahəsinin əvəzi olaraq 720 (yeddi yüz iyirmi) manat kompensasiya tutularaq İddiaçı ödənilsin. Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən torpaq sahəsinin yuxarıda qeyd edilən sahədən artıq qalan 164 m2 sahəsi naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün xərc 60 (altmış) manat cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər Cavabdeh və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar