Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-17/2024 19.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X1 Cavabdeh2, cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla onların mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, ev ona məxsusdur. Üç ildir məhkəmə prosesi davam edir. Cavabdehlərin qeyri şərtsiz onun evindən çıxarılmasını istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, hazırda da həmin evdə yaşayırlar. Qardaşı müəllim olaraq bu gün belə həmin evdə uşaqlara hazırlıq keçib. Onların başqa yaşayış yeri olmadığından həmin evdə yaşayırlar. Cavabdehlərin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, cavabdehlərin istifadə hüququnun olmaması ilə bağlı məhkəmə qətnaməsi çıxarılmşdır. Həmin qətnamədə cavabdehlərin yalnız yarım tikili evləri olduğu da qeyd edilmişdir. Yəni cavabdehlərin hazırda başqa yaşayış yeri olmadığından onların evdən çıxarılmasına iki il möhlət verilməsini istəyirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Aran qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyinin 28 mart 2022-ci il tarixli 362 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax rayon Aran qəsəbəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən 0.12 ha həyətyanı torpaq sahəsində 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evi var. Həmin evdə Cavabdeh1, X8 və Cavabdeh2 yaşayırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 25 fevral 2022-ci il tarixli **********21 saylı məktubundan məlum olur ki, İddiaçı Yevlax rayon Aran qəsəbəsində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş fərdi yaşayış evindən başqa daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25 iyun 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışından məlum olur ki, İddiaçı Yevlax rayon Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(039)-1717/2022 saylı qətnaməsindən məlum olur ki, iddiaçılar Cavabdeh1, X4 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyəti altında olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli 2(107)-112/2024 saylı qətnaməsindən məlum olur ki, iddiaçılar Cavabdeh1, X4 və Cavabdeh2 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi; Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(102)-1756/2024 saylı qərarından məlum olur ki, iddiaçılar Cavabdeh1, X8, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməsi; Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(107)-112/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmədə aydın oldu ki, iddiaçının Yevlax rayonu, Aran qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində hazırda cavabdehlər yaşayır. İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla onların mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəməyə müraciət edərək həmin evdə istifadə hüquqlarının tanınmasını xahiş etmişlər. Bu səbəbdən hazırki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə qətnaməsi ilə iddiaları rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mübahisəli mənzildən istifadə ilə əlaqədar tərəflər arasında mübahisəli hüquq münasibətinin 2013-cü ildə yaranması ilə əlaqədar mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. İş materiallarnda olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən görünür ki, cavabdehlərin həmin evdə istifadə hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin evdən çıxarılması ilə bağlı iddia ərizəsi ilə 05 may 2022-ci il tarixdə müraciət etmişdir. Bu müddət ərzində cavabdehlərin özləri üçün yaşayış yeri tapmaq (ev inşa etmək, almaq) imkanları olmuşdur. Bu səbəbdən də cavabdehlərin həmin evdə iki il müddətində yaşamaq hüququnun verilməsi iddiaçının mənafeyinə ziddir. Qanunun həmin normasının məzmunundan göründüyü kimi mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Lakin, məhkəmə tərəfindən həmin maddədə göstərilən hallar nəzərə alınaraq keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər çıxarılmalıdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh2 Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlər çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-17/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-17/2024
19.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver