Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1700/2020 24.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Ərizəçi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Qaçqımların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» haqqında ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi oğlu maraqlı şəxs Azərbaycan Respublikası Qaçqımların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığı halda Yevlax Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.3.2-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Belə olan halda, ərizə və ona əlavə edilmiş sənədlər qəbul etməkdən imtina edilməlidir. Belə ki, ərizəçinin Kəlbəcər rayonundan məcburi köçkün olması ilə bağlı ərizəçi Kəlbəcə rayon İcra Hakimiyyətinə müraciət etməlidir. Göründüyü kimi, hazırki ərizə məhkəmə səlahiyyətlərinə aid deyildir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, Ərizəçi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Qaçqımların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə səlahiyyətlərinə aid olmadığından, ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Qaçqımların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi» haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o Kəlbəcər rayonundan məcburi köçkün olması ilə bağlı Kəlbəcə rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1700/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1700/2020
24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver