Məhkəmə qərarları › İş №2(039)-172/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-172/2020

16.03.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-172/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt edilmiş icarə torpaq sahəsindən cavabdehlərin çıxarılması» Cavabdeh4 İddiaçı və Yevlax rayon Aran Bələdiyyəsinə qarşı «torpağın cavabdeh İddiaçı icarəyə verilməsinə dair Aran Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi»tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt edilmiş icarə torpaq sahəsindən cavabdehlərin çıxarılması» Cavabdeh4 İddiaçı və Yevlax rayon Aran Bələdiyyəsinə qarşı «torpağın cavabdeh İddiaçı icarəyə verilməsinə dair Aran Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu xx xxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh4 xx xxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, qaşılıqlı iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Tərəfləin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizələrinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt edilmiş icarə torpaq sahəsindən cavabdehlərin çıxarılması» Cavabdeh4 İddiaçı və Yevlax rayon Aran Bələdiyyəsinə qarşı «torpağın cavabdeh İddiaçı icarəyə verilməsinə dair Aran Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi»tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «zəbt edilmiş icarə torpaq sahəsindən cavabdehlərin çıxarılması» Cavabdeh4 İddiaçı və Yevlax rayon Aran Bələdiyyəsinə qarşı «torpağın cavabdeh İddiaçı icarəyə verilməsinə dair Aran Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi»tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı və qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh4 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar