Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1721/2024 13.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperativinə qarşı Maraqlı şəxs Kooperatvinin sədri olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperativinə qarşı Maraqlı şəxs Kooperatvinin sədri olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Maraqlı şəxs Kooperatvinin üzvlərinin ümumi yığıncağının protokolundan 14 dekabr 1993-cü il tarixli çıxarışdan görünür ki, həmin kooperatvin qərarı ilə Ərizəçi Maraqlı şəxs Kooperatvinə sədr seçilmiş və iddiaçının həmin kooperativin sədri olması faktı artıq müəyyəndir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-255/2024 saylı qərardadından görünür ki, Ərizəçi maraqlı şəxslər (həmin iş üzrə) Maraqlı şəxs Kooperativinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (ərizəçinin) 18 aprel 1991-ci il tarixli iclas protokolu ilə Maraqlı şəxs Kooperativinin sədri olması faktının təsdiq edilməsini xahiş etmiş, həmin qərardadla mülki iş üzrə icraata Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin261.0 və 261.0.1-ci maddələrinə əsasən xitam verilmiş və ərizəçiyə maraqlı şəxslər Maraqlı şəxs Kooperativinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi X1 İdarəsinə qarşı müvafiq tələblə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materillarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)-1831/2024 saylı qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperatvinə qarşı «maraqlı tərəfə təqdim etmək üçün onun xx.xx.1991-ci il tarixli protkolu ilə Maraqlı şəxs kooperatvinin sədri olması faktının müəyyən edilməsi və Maraqlı şəxs Kooperatvinin sədri olması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddası mümkün sayılmamışdır. Həmin qərardaddan görünür ki, tələbin 2-ci hissəsi iddianın 1-ci hissəsi ilə birbaşa bağlı və asılı olduğundan, məhkəmə iddiaçıya göstərilən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə nail olduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsinə qeydiyyata alınması ilə bağlı müraciət edə biləcəyini izah etmiş, bu səbəblə iddia tələbinə ona inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, göstərilənlərə 5 gün müddətində münasibət bildirməsi iddiaçıya təklif olunmuş, lakin həmin müddət ərzində məhkəmənin hüquqi yardım məktubunda qeyd olunanlara iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Belə olan halda, iddiaçıya izah edilməlidir ki, o Maraqlı şəxs Kooperativinin sədri olması vəzifəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsinə müraciət etməli, həmin İdarə tərəfindən imtina edildiyi halda isə Maraqlı şəxs Kooperatvinin sədri olması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtna edilməli və iddiaçıya Maraqlı şəxs Kooperativinin sədri olması vəzifəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsinə müraciət etməli olduğu, həmin İdarə tərəfindən imtina edildiyi halda isə Maraqlı şəxs Kooperatvinin sədri olması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3, 152.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs Kooperativinə qarşı Maraqlı şəxs Kooperatvinin sədri olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. Ərizəni vermiş şəxsə Maraqlı şəxs Kooperativinin sədri olması vəzifəsinin qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsinə müraciət etməli olduğu, həmin İdarə tərəfindən imtina edildiyi halda isə Maraqlı şəxs Kooperatvinin sədri olması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1ı İdarəsində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1721/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1721/2024
13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver