Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1732/2025 19.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəç Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş JN-0112 nömrəli (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktının şəxslər qrafasında 1-ci sırada olan «X5»nun Ərizəçi olması faktını müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 17 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, Yevlax rayonunun Varvara kəndində yaşayır. Həmin kənd ərazisindən ona və mərhum nənəsi X2 1.28 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair dövlət aktında onun soyadı Yusubov yazılmalı olduğu halda Məmmədov kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq, JN-0112 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçi X4 ilə yanaşı ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiy izahatında göstərmişdir ki, Yevlax rayonunun Varvara kəndində yaşayır. Həmin kənd ərazisindən ərizəçiyə və ərizəçinin mərhum nənəsi X2 1.28 ha torpaq sahəsi verilmişdir. Ərizəçi uşaqlığından nənəsinin himayəsində olmuş, buna görə də torpağa mülkiyyət hüququna dair dövlət aktında ərizəçinin soyadı Məmmədov kimi qeyd edilmişdir. İşdə olan Yevlax rayonu Varvara kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 avqust 1972-ci ildə doğulmuşdur, anası X1, atalığı müəyyən edilmədiyindən isə ata qrafası boş buraxılmışdır. İşdə olan Yevlax rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 avqust 2001-ci ildə ölmüşdür. İşdə olan Yevlax rayon Varvara kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Varvara kəndində X5 adında şəxs yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax rayon Aqrar İslaham Komissiyasının xx.xx.2000-ci il tarixli, 52 saylı qərarı ilə Ərizəçi və X2 Yevlax rayonunun Varvara kəndinin ərazisindən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-0112 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında ərizəçinin soyadı səhvən Yusubov kimi yazılmışdır. Ərizəçi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-0112 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət akıtının digər mülkiyyətçi ilə yanaşı ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0112 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının mərhum X4 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1732/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1732/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver