Məhkəmə qərarları › İş №2(039)-1753/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1753/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1753/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmağı, atasının X7, anasının X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o xx xxxxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. X3 və anası X4 olmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamə hazırda yararsız hala düşmüşdür. Doğum şəhadətnaməsinin təkrarının verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, onun doğum haqqında akt qeydi olmadığı bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi xx xxxxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. Hazırda onun anası X1 Yevlax rayonu, Səmədabad kəndində miras qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. O xx xxxxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. X3, anası X4 olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli 1027 saylı məktubundan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirimişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2000-ci il tarixli AZ 044648 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx xxxx 2000ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İHB-nin Səmədabad kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli arayışından məlum olur ki, Ərizəçi xx xxxxxxxx 1934-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşdur. 1949-cu ildən Azərbaycan Respublikası Yevlax rayonu, Səmədabad kəndində məskunlaşmış və hal-hazırda orada yaşayır. Ailə həyatı qurmamışdır. Qardaşı oğlu X2 himayəsində yaşayır. Anası - X4 xx xxx 1903-cü il tarixdə anadan olmuş, xx xxxx 2000-ci ildə vəfat etmiş və Səmədabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Atası – X7 xx xxxxxxxx 1901-ci il tarixdə anadan olmuş və 1942-ci ildə Böyük Vətən müharibəsində iştirak etmiş və qayıtmamışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi XX.XX 1934-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmaqla, Yevlax rayonu, Səmədabad kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla Ərizəçi xx xxxxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olması faktı təsdiqini tapır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxxx 1934-cü il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmasının, atasının X7, anasının X4 olması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən yenidən aparılması və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar