Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1758/2021 30.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X1nın iştirakı ilə, X1nın “atalıq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsini qeyd etməklə məhkəməyə müraciət edərək, 21.05.2017-ci il təvəllüdlü X6 atasının mərhum X13 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X13 ilə qeyri-rəsmi ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 21.05.2017-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Uşağın doğum haqqında şəhadətnməsində ata adı onun deyilməyinə görə yazılmışdır. X13 22.05.2021-ci il tarixdə vəfat etmişdir. Hazırda uşağının sosial hüquqlarını həyata keçirmək üçün uşağın atasının 22.05.2021-ci il tarixdə vəfat etmiş X13 olması faktı müəyyən olunmalıdır. Bu faktı isə başqa formada müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən X5 ərizəsində göstərilənlərə uyğun şəkildə izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və ərizəçinin izahatını dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən X3 ünvanlanmış 01.07.2021-ci il tarixli məktubda qeyd edilir ki, 21.05.2017-cü ildə anadan olmuş X7 atalığın müəyyən edilməsi haqqında aktın qeydiyyatı və bu barədə şəhadətnamə verilməsi yalnız uşağın valideyinlərinin şəxsən qeydiyyat şöbəsinə birgə ərizə ilə müraciət etməsindən sonra aparıla bilər. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.06.2017-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 21 may 2017-ci ildə Mingəçevir şəhərində doğulmuşdur və bu barədə 2017-ci il iyun ayının 02-ci günündə 353 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası: X5; Atası: X8. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ 171166 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X13 22 may 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, ərizəçinin qaynatasıdır, oğlu Ramil Kərimov ərizəçi ilə faktiki ailə münasibətləri qurmuş və bu münasibətdən Əli adlı uşaqları doğulmuşdur. Oğlu Ramil 22.05.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum oğlunun ərizəçi ilə faktiki nikahlarından 21.05.2017-ci il təvəllüdlü Əli adlı uşaqları var. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ərizəçinin qonşuşu olduğunu bildirərək, şahid X14 ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır; 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, 22 may 2021-ci il tarixdə vəfat etmiş X13, X1 ilə rəsmi nikahları olmadan ər-arvad münasibətlərində olmuşlar. Onların birgə yaşadıqları müddət ərzində 21.05.2017-ci il tarixdə Əli adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə baxışında tədqiq olunmuş ərizəçinin izahatına, şahid ifadələrinə və iş materiallarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21.05.2017-ci il təvəllüdlü X6 atasının mərhum X13 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21.05.2017-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X6 atasının 22 may 2021-ci il tarixdə vəfat etmiş X13 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1758/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1758/2021
30.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver