Məhkəmə qərarları › İş №2(039)-1765/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1765/2024

12.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1765/2024 12.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlu sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh Yevlax şəhər 2 saylı tam orta məktəbin nümayəndəsi (vəkil) X4, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraxiət edərək, Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsinə, əvvəlki işinə bərpa edilməsinə və xx.xx.2024-cü il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmağa görə əmək haqqının və digər ödənişlərin cavabdehdən tutularaq ona (iddiaçıa) ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhər 2 saylı tam orta məktəbdə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək laborant vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək xadimə vəzifəsində işləmişdir. Həmin məktəbin direktoru Sədaqət Şükürova 2019-cu ildə oktyabr ayının sonunda onu yanına çağıraraq DTX tərəfindən Yevlax rayonunda məktəblərdə yoxlama keçirildiyini, yoxlamaya görə onu laborant vəzifəsindən formal olaraq sənəd üzərində xadimə işinə keçirməli olduğunu, yoxlama bitdikdən sonra isə onu əvvəlki işinə qaytaracağını bildirmişdir. O da məcbur qalaraq texniki iş olan xadimə işinə keçməyə razılıq vermişdir. Məktəbin direktoru Sədaqət Şükürova ona onun adına müqavilənin dəyişdirilib xadimə kimi göstərilsə də o yenə də əvvəlki laborant vəzifəsini yerinə yetirəcəkdir və müqavilədə adının xadimə kimi yazılmasını məktəbdə heç kimə bildirməməyi, bunun müvəqqəti hal olduğunu bildirmişdir. O da məcbur olub razılşamışdır. 2019-cu ilin noyabr ayından 2024-cü ilin fevral ayınadək o məktəbdə işləmişdir. Bir müddət sonra o direktordan onu əvvəlki işinə keçirməyini xahiş etsə də direktor ondan buna görə pul istəmiş, o (iddiaçı) isə bundan imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, Sədaqət Şükürova onun işlədiyi laborant vəzifəsinə başqa şəxsi təyin etmişdir. Sədaqət Şükürova xx.xx.2024-cü il tarixində ona (iddiaçıya) zəng edərək, barəsində Yevlax rayon prokurorluğunda mənimsəmə və israfetmə maddələri üzrə araşdırılma aparıldığını, bununla bağlı məktəbin bütün müəllimlərinin prokurorluğa getdiklərini, eyni zamanda onun da prokurorluğa getməli olduğunu və müstəntiqə əmək haqqı kartından pul çıxarıb direktora vermədiyi barədə izahat verməyi tələb etmişdir. Bunun qarşılığında o Sədaqət Şükürovanın bu təklifindən imtina etmiş və ona belə bir yalan izahat verə bilməyəcəyini, onu çağıracaqları təqdirdə həqiqəti söyləyəcəyini bildirmişdir. Sədaqət Şükürova ona prokurorluğa izahat verməyə getməyəcəyi halda və məktəbin müəllimləri soruşacaqları təqdirdə gedib izahat verdiyini deməsini söyləmişdir. Bu hadisədən sonra Sədaqət Şükrova ona qarşı daha da qəzəbli davranmağa, qərəzli olmağa başlamış və onu iş yerində sıxışdırmağa başlamışdır. 2024cü ilin fevral ayında X11 rayonundakı Hüquq mühafizə orqanlarından birinin rəhbərinin köməkliyi ilə barəsində Yevlax rayon prokurorluğunda olan araşdırmanı öz xeyrinə həll etdikdən sonra onu (iddiaçını) yanına çağıraraq əsəbi halda ona «Sən prokurorluğa gedib mənim xeyrimə izahat vermədiyinə görə sən bizimlə işləyə bilməzsən. Sən ərizə yaz işdən çıx, daha bu məktəbdə mənim yanımda işləyə bilməzsən» demişdir. Sədaqət Şükürova xx.xx.2024-cü ildə qanunsuz olaraq heç bir əsas olmadan ona ərizə yazıb işdən çıxmağı bildirmiş, öz xətti ilə ona (iddiaçıya) telefon vasitəsi ilə boş ərizə forması göndərib həmin formada könüllü işdən çıxmağını tələb etmiş, daha sonra isə heç bir qanuni əsas olmadan onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç ) bəndinə əsasən işdən qanunsuz olaraq azad etmişdir. xx.xx.2024-cü il tarixdə iş yoldaşı vasitəsi ilə əmək kitabçasını ona göndərmişdir. Əmək kitabçasına baxan zaman ona məlum olmuşdur ki, Sədaqət Şükürova onu xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən xaric etmişdir. Halbuki həmin əmr bugünədək direktor tərəfindən ona təqdim edilməmiş, o heç bir qeyri-qanuni hərəkətə yol vermədiyi halda qanunsuz və əsassız olaraq onu işdən çıxarmışdır. Eyni zamanda işlədiyi dövr üçün son haqq-hesab və ödənilməmiş məzuniyyət haqqları ona işdən çıxarıldığı gün ödənilməmişdir. İşdən çıxarılma əmri 3 aydan çoxdur ki, bugünədək ona təqdim edilməmişdir. Əmək kitabçası işdən çıxarıldıqdan 40 gün sonra ona verilmişdir. Son haqqhesab işdən çıxarıldığı gün ona ödənilməmişdir. Bundan bir həftə sonra yarımçıq ödənilmişdir. Əmək məcəlləsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. X6 həqiqətən bir çox qanun pozuntusuna yol verməsi X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən onun şikayəti əsasında aparılmış araşdırma sonunda da müəyyən edilmişdir. Belə ki, Yevlax şəhəri X14 adına 20 saylı tam orta məktəbin direktorunun onu qanunsuz olaraq işdən çıxarmağı və bir çox qanunsuz hərəkətləri barədə tərəfindən xx.xx.2024-cü il tarixində X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsinə şikayət ərizəsi ünvanlanmışdır. Onun şikayəti əsasında araşdırma aparılmış, Sədaqət Şükürovanın həqiqətən bir çox qanun pozuntularına yol verdiyi aşkar edilmiş və Sədaqət Şükürova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. X10 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən müraciəti əsasında araşdırma da qismən düzgün aparılmamışdır. Cavabdeh əmək müfəttişliyini aldadaraq, onlara saxtalaşdırdığı, geri tarixə tərib edilmiş müəllimləri məcbur etməklə imzaladığı sənədləri təqdim etmişdir. Əmək müfəttişliyi gedib yerində araşdırma aparmaq əvəzinə cavabdeh tərəfindən onlara saxtalaşdırılaraq təqdim edilmiş sənədlər əsasında araşdırma aparmışdır. Halbuki araşdırma aparan nümayəndə gedib yerində araşdırma aparmalı, ona təqdim olunan sənədlərin, əmrlər, aktlar kitabında tarix və nömrə ardıcıllığı ilə qeyd olunub-olmadığını, əmrlərdə və əmək kitabçasında onun imzasının olub-olmadığını müəyyən etməli idi. Əmək müfəttişliyinə təqdim edilən aktlar, əmrlər, təqdimatlar və digər sənədlər heç biri mövcud olmamış, hamısı onun şikayətindən sonra geri tarixə, sonradan müəllimləri məcburi imzalatdırmaqla tərtib edilmiş sənədlərdir. X10 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli məktub və qoşma sənədlərindən məlum olmuşdur ki, məktəbin təsərrüfat işləri və tədris işləri üzrə direktor müavinləri və sinif rəhbəri tərəfindən onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirməməyi və nəticə olaraq ona ayrılmış sinif otaqlarında, dəhlizdə, sanitar qovşağında sağlam sanitariya-gigiyena şəraitinin pozulması barəsində müxtəlif tarixli təqdimatlar verilmişdir. Eyni zamanda guya tərəfindən başqa-başqa vaxtlarda əmək intizamı, müəssisədaxili intizam qaydaları pozulmuş, heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmiş, işə isə iş vaxtı başlama vaxtından gec gəldiyinə, vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmişdir. Onun tərəfindən heç bir əmək intizamı pozulmamışdır. Qeyd olunan aktların heç biri mövcud olmamış, həmin aktlar onun Sədaqət Şükürova barəsində etdiyi şikayətlərdən sonra direktor tərəfindən özünü müdafiə etmək məqsədi ilə saxlalaşdırılaraq geri tarixə, müəllimləri məcbur etməklə imzalatdırdığı aktlardır. Çünki o heç bir pozuntuya yol verməmiş, vəzifəsini layiqincə icra etmişdir. Həmin aktlar sonradan geri tarixə tərtib edilmiş aktlardır. O, işlədiyi müddət ərzində bir dəfə də olsun nə töhmət almış, nə də ona xəbərdarlıq olunmuşdur. Cavabdeh məktəbin direktoru onun şikayətlərindən sonra geri tarixə saxta aktlar və töhmətlər tərtib etmişdir. Həmişəki kimi müəllimləri məcbur edərək geri tarixə akt tərtib edərəkəmr imzalamışdır. Əgər Əmək müfəttişliyi təqdim edilən sənədlərlə yox, gedib yerində qərəzsiz, heç bir tapşırıq olmadan araşdırma aparsaydı həmin aktların sonradan tərtib edildiyini müəyyən edə bilərdi. Çünki məktəbin aktlar, əmrlər kitabı mövcuddur və həmin kitablarda aktlar, əmrlər tarix və nömrə ardıcıllığı ilə yazılmalıdır. Həmin kitablarda o aktların heç biri qeyd edilməmişdir. Təqdim edilən kağızlara və yazılara baxanda həmin aktların köhnə və yeniləri arasında fərqi müəyyən etmək olar. Əmrlər olsaydı ona təqdim edilməli idi. Onun əmrlə tanış olmağı barədə imzası, qeydi yoxdur. Bundan başqa, cavab məktubunda qeyd edilir ki, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndində göstərilən əsaslarla ləğv edilməsinə razılığın alınması məqsədi ilə işəgötürən tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixli təqdimatla məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilmişdir. 45 nömrəli, xx.xx.2024-cü il tarixli və 46 nömrəli, xx.xx.2024-cü il tarixlərində keçirilmiş iclaslarda həmin təqdimatlar müzakirə olunmuş, yekdil razılıq ilə qərar qəbul edilmişdir. M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin həmkərlar ittifaqın xx.xx.2024-cü il tarixli razılıq məktubu ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respubliksının Əmək Məcəlləsinin « Ç » bəndinə əsasən xitam verilmişdir. Cavab məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir. Ona işlədiyi müddət ərzində heç bir töhmət verilməmişdir. Hər hansı töhmət verilsəydi həmin töhmət ona elan edilməli və töhmət müvafiq kitabda (töhmət, əmr kitablarında) nömrə və tarix ardıcıllığı ilə qeyd olunmalıdır. İşdəliyi müddət ərzində bir dəfə də olsun nə töhmət almış, nə ona hər hansı xəbərdarlıq olunmamışdır. Cavabdeh onun şikayətlərindən sonra geri tarixə saxta aktlar, əmrlər, töhmətlər tərtib etmişdir. Həmişəki kimi müəllimləri məcbur edərək geri tarixə akt tərtib etmiş və əmr imzalamışdır. Bundan əlavə cavab məktubunda guya Azərbaycan Respublikası Həmkarlar İttifaqının rəyinin alınması qeyd edilir, lakin bu da həqiqəti əks etdirmir. Həmkarlar İttifaqının heç bir rəyi alınmamış, ümumiyyətlə Həmkərlar İttifaqının iştirakı ilə heç bir iclas keçirilməməişdir. Əgər rəy alınmış olsaydı, onlar dəvət olunanda və iclas keçiriləndə onun (iddiaçının) iştirakı təmin edilməli idi. Halbuki, belə bir iclas və ya başqa bir görüş keçirilməmiş, Həmkarlar İttifaqının rəyi alınmamışdır. Əmək Müfəttişliyinə təqdim olunan rəy də geri tarixə tərtib edilmiş rəy və müraciətdir və saxtadır. Cavab məktubunda işdən çıxmağı barədə əmrin ona məktəbdə işləyən bir müəllimin izahatına əsasən guya xx.xx.2024-cü il tarixdi təqdim edildiyi qeyd edilir. Halbuki, işdən çıxmağı barədə əmr bu günə qədər də ona təqdim edilməmişdir. Əmək Müfəttişliyi işi araşdırarkən ancaq cavabdehin təqdim etdiyi saxta sənədlərə istinad etmişdir. Heç bir araşdırma aparmamış, təqdim edilən sənədləri analiz etməmiş, əmrin həqiqətən ona təqdim edilməsini təsdiq edən sübut tələb etməmişdir. Əmək Müfəttişliyinin cavabdeh barədə qeyd etdikləri həqiqəti əks etdirmir. Ümumiyyətlə qanunvericiliyin tələbinə görə işçiyə töhmət, şiddəti töhmət, əmr verilərkən müvafiq kitabda qeyd olunmalı, töhmət işçiyə elan edilməlidir. İşdən çıxmağı barədə əmrin bu günədək ona təqdim edilməməsi, son haqq-hesabın aparılmaması, həmkarlar ittifaqının iclasında onun iştirakının təmin edilməməsi (əgər icla keçirilmişdirsə), geri tarixə aktlar, əmrlərin tərtibi cavabdeh tərəfindən yol verilmiş kobud qanun pozuntularıdır. Əmək Müfəttişliyinə təqdim edilən aktlar və sənədləri hamısı sonradan, geri tarixə direktorun təkidi və tələbi ilə tərtib edilmiş sənədlərdir. Ona görə də, sənədləri saxtalaşdıran məktəb direktoru barədə xüsusi qərardad çıxarılmalıdır. Göründüyü kimi məktəb direktoru vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, özbaşınalıq və qanunsuz əməllər törədərək onun (iddiaçının) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş huquqlarını pozaraq onu əsassız, qanunsuz olaraq işdən çıxarmışdır. Bütün bunlar onun (iddiaçının) qanunsuz olaraq işdən çıxarılmağını sübut edir. Cavabdeh işdən çıxarılmağı barədə əmri bu günə qədər ona təqdim etməməklə, əmək kitabçasını işdən çıxarıldığı gün yox daha sonra, şəxsən ona təqdim etməməklə, son haqq-hesabı (ödənilməmiş əmək məzuniyyəti) isə gecikdirməklə və tam olaraq ödəməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. İşdən çıxarılmağı barədə əmr də elektron portalda vaxtında yerləşdirilməmişdir. Bütün bunlar cavabdehin ona qərəzli münasibətindən irəli gəlir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respubliksının Əmək Məcəlləsinin 70, 72, 80, 83.1, 83.2, 69, 42.1, 172.5, 113, 119, 144-cü maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin nümayəndəsi (vəkil) X7 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün dəfələrlə məktəbin işçiləri tərəfindən bu barədə aktlar tərtib edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin Həmkarlar Təşkilatına müraciət edilmiş və Həmkarlar Təşkilatının iclasında həmin məsələ tam şəkildə araşdırıldıqdan sonra təşkilatın qərarına əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 25 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab ödənilmişdir. Həmin əmr əsaslı və qanunidir. Cavabdeh əmək funksiyalarını yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, İddiaçı M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanladığı müraciətlərinə tərəflərindən baxılmışdır. Vətəndaş müraciətlərin cavabından qismən narazı qaldığından yenidən müraciət etmiş və həmin müraciət xidmətin daxili nəzarət şöbəsi tərəfindən yerindən araşdırılmışdır. Bundan sonra müraciət edən şəxsə təqdim edilmiş sənədlərə əsasən işə qanunauyğun baxılması ilə bağlı cavab məktubu verilmişdir. İddiaçı işdən azad edilməmişdən əvvəl məktəb direktorunun müvafiq təqdimatlarına əsasən məktəbin Həmkarlar Təşkilatı tərəfindən həmin məsələyə baxılmış və iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktəb tərəfindən təqdim edilmiş sənədlərə əsasən işə qanunauyğun şəkildə baxılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2019cu il tarixli, 75 saylı əmrindən görünür ki, İddiaçı vəzifəsi müəssisə daxili dəyişdirilərək, xx.xx.2019-cu ildən bir ştat texniki işçi təyin edilmişdir. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən işçiyə xəbərdarlıq vermək barədə xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, son aylar ərzində üzrlü səbəb olmadan iş vaxtı rejiminin dəfələrlə pozulması-işə tez-tez gecikmə, müvfaiq icazə almadan işdən tez getmə hallarına yol verildiyindən, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifələri, müəssisədaxili intizam qaydalarını pozduğuna görə, səmimi etirafı və peşmançalığı nəzərə alınaraq İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq sonuncu xəbrdarlıqla töhmət elan edilmiş və gələcəkdə təkrar vəzifə funksiyalarını yerinə yetirilməsində nöqsanlara yol verəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmiş, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir ki, bu da nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməmiş, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir ki, bu da nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respub.ikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər 2 saylı tam orta məktəbin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, məktəbin texniki işçisi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərinin dəfələrlə pozulması hallarına yol verilmişdir. Nəticədə ona ayrılmış sinif otaqlarının təmizliyinin və məktəbdə sanitar-gigiyenik norma tələblərinin pozulmasına gətirib çıxarmışdır. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 45 saylı protokolundan görünür ki, məktəbin direktoru X6 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən Həmkarlar Təşkilatına verilmiş xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamasına görə məktəbin texniki işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən ləğv edilməsi barədə razılıq verilməsi xahiş edilmişdir. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatının sədri tərəfindən Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Həmkarlar Təşkilatanın iclasının xx.xx.2024-cü il tarixli, 46 saylı protokolundan görünür ki, məktəbin direktoru X6 xx.xx.2024-cü il tarixli təqdimatına əsasən texniki işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndi ilə xitam verilməsinə razılığın verilməsi qərara alınmışdır. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 25 saylı əmrindən görünür ki, həmin məktəbdə «kiçik xidmətedici işçi» vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 49 saylı əmrindən görünür ki, 2023-2024-cü tədris ilində xx.xx.2024-cü il tarixli 25 nömrəli əmr ilə məktəbin texniki işçisi İddiaçı əmək müqaviləsinə xitam verildiyi üçün onun 2019-2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqq-hesabının ödənilməsi əmr edilmişdir. İşdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktoru tərəfindən Azərbaycan Respublikası X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 29 saylı məktubdan (məlumatdan) görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli, 25 nömrəli əmrə əsasən onun 2019-2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqq-hesabı MARTİ-nin mühasibatlığı tərəfindən xx.xx.2024-cü il tarixdə tam olaraq ödənilmişdir. İşdə olan əmək qabiliyyətinin olmaması barədə vərəqənin surətindən görünü ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə işlədiyi dövrdə yol verdiyi ciddi nöqsanlara, əmək müqaviləsi üzoə öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə görə Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktorunun 22 fevral 2024cü il tarixli, 25 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru tərəfindən Həmkarlar Təşkilatına xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqdimatlar verilmiş və Həmkarlar Təşkilatının müvafiq qərarları ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin « Ç » bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı onun 2019- 2024-cü tədris illərinə aid olan 93 gün istifadə etmədiyi əmək məzuniyyətlərinin son haqqhesabı MARTİ-nin mühasibatlığı tərəfindən xx.xx.2024-cü il tarixdə tam olaraq ödənilmişdir. Həmin hal işdə olan Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin direktoru tərəfindən Azərbaycan Respublikası X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 29 saylı məktubla da öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 25 saylı əmrin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğundur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Həmin maddənin «ç» bəndinin tələbinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar