Məhkəmə qərarları › İş №2(039)-1768/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1768/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1768/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğumun qeyd edilmə faktının” müəyyən edilməsinə tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs və Goranboy rayon Qeydiyyat Şöbəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum akt qeydində doğum tarixinin xx.xx.1938-ci il, doğum yerinin Goranboy rayonu Qızılhacılı kəndi, “atası” X6, “anası” X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1938-ci ildə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuşdur. Atası 1903-ci il təvəllüdlü X6, anası isə 1908-ci il təvəllüdlü X3r. Atası 12.04.1987-ci ildə vəfat etmişdir. O, anası ilə 1991-ci ildə Yevlax rayonu Havarlı kəndinə köçmüşlər. Hazırda da Yevlax rayonu Havarlı kəndində yaşayır. Arxiv sənədlərindən məlum olmuşdur ki, onun doğum akt qeydi tapılmır. Onun şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi var. Doğum haqqında şəhadətnaməsi isə yoxdur. Ona doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnamə vərəsəlik və sair hüquqlarını həyata keçirmək üçün ona lazımdır. Həmin faktın başqa cür müəyyən edilməsi isə mümkün deyil. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs Goranboy rayon Qeydiyyat Şöbəsinin rəisi məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 363/1 saylı, 10.09.2018-cu il tarixli məktubda qeyd edilir ki, ərizəçinin doğumu haqqında akt qeydi Goranboy rayon Qeydiyyat Şöbəsinin arxivində, habelə Ədliyyə Nazirliyinin “vətəndaşlıq vəziyyəti aktlarının X2” aşkar edilmir. İş materiallarında olan Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 940 saylı, 10.09.2018-cu il tarixli arayışda qeyd edilir ki, 1938-2018-ci illər üzrə aparılmış yoxlama zamanı Goranboy VVAQ şöbəsinin arxivində ərizəçinin doğumbərpa akt qeydi aşkar edilmir. İş materiallarında olan Goranboy rayon Dövlət Arxivi tərəfindən 28.01.2021-ci il tarixdə verilmiş 19 №li arayışdan görünür ki, Goranboy rayon Qeydiyyat şöbəsinin Goranboy rayon Dövlət Arxivində mühafizə olunan (1935-1943-cü illər Qızılhacılı qəsəbəsi üzrə) doğum haqqında akt qeydiyyat kitabında Ərizəçi adı aşkar olunmamışdır. İş materiallarında olan Goranboy rayon Dövlət Arxivi tərəfindən 28.01.2021-ci il tarixdə verilmiş 18 №li arxiv arayışdan görünür ki, Goranboy rayonu İcra Hakimiyyəti Başçısının Qızılhaclı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi (keçmiş Qasım İsmayılov rayon Qızılhaclı qəsəbəsi XDS İcraiyyə Komitəsi) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan 1989-1990-ci illərdə təsərrüfatbaşına kitabın 689 №-li şəxsi hesabında ailə başçısı X6 olmaqla ailə üzvlərinin siyahısı aşağıdakı kimi qeyd olunur; ailə başçısı 1903-cü il təvəllüdlü X6, arvadı 1908-ci il təvəllüdlü X4 və qızı 1938-ci il təvəllüdlü Ərizəçi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1938-ci ildə Goranboy rayonu Qızılhaclı kəndində anadan olub. Yevlax rayonu Havarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Yevlax rayon Polis Şöbəsi tərəfindən 04.10.2021-ci il tarixdə verilmiş 195-22202-1221 №-li məktubdan görünür ki, Ərizəçi 15.11.2005-ci il tarixdən Yevlax rayonu Havarlı kəndində pasport qeydiyyatındadır. Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 və X7 ifadələrində bildirmişdir ki, ərizəçi onların xalasıdır. Xalasının adına doğum akt qeydi mövcud olmadığından xalası doğum haqqında şəhadətnamə ala bilmir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx.xx.1938-ci il tarixdə Goranboy rayonu Qızılhacılı kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutlarin məcmusu təsdiq edir ki, ərizəçinin atasının X6 və anasının X4 olmaqla xx.xx.1938-ci il tarixdə Goranboy rayonu Qızılhacılı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atasının X6 və anasının X4 olmaqla xx.xx.1938-ci il tarixdə Goranboy rayonu Qızılhacılı kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar