Məhkəmə qərarları › İş №2(039)-1777/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1777/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1777/2024 01.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi, Maraqlı şəxs rəisi vəzifəsini icra edən X1 iştirakları ilə, Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi nikahın qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dir ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X8 ilə aralarında nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı X8 ilə 10 noyabr 1976-cı il tarixdə Ağdərə rayonunun Umudlu kənd icra nümayəndəliyində nikahlarını bağlamışlar. Birgə nikahlarından Ramilə, Aynurə və Ramil adlı uşaqları doğulmuşdur. Həyat yoldaşı X8 03 mart 2024-cü il tarixdə vəfat etmişdir. O (ərizəçi) və mərhum həyat yoldaşı uzun illər əmək pensiyası almışlar. Mərhum həyat yoldaşının əmək pensiyasının məbləği onun (ərizəçinin) əmək pensiyasının məbləğindən artıq olmuşdur. Mərhum həyat yoldaşının vəfatından sonra «Əmək Pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən onun (ərizəçinin) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 34.1-ci madəsinə görə əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ olduğu, həmin Qanunun 32.2-ci maddəsində ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi təqdirdə hesablanmaqla aparıldığı əks olunmuşdur. Tələb olunan sənədlərdən mərhum həyat yoldaşının və onunla (ərizəçi ilə) bağlanmış nikah haqqında şəhadətnamələri ailə üzvləri ilə birgə axtarılsa da naməlum səbəbdən itdikləri məlum olmuşdur. Bu səbəbdən itmiş doğum və nikah haqqında şəhadətnamələrin akt qeydlərinin bərpa edilməsi barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbə tərəfindən vəfat etmiş həyat yoldaşının xx.xx.1952-ci il tarixdə anadan olduğunu təsdiq edən Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən 116 saylı doğum akt qeydinin tərtib olunduğu barədə xx.xx.2024-cü il tarixli, 1298 saylı sənəd və ona (ərizəçiyə) ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1510 saylı məktubda nikah haqqında akt qeydinin şöbənin arxivində və «X3» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyi bildirilərək, nikahın qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarının 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən barpası mümkün olmadıqda, Vətəndaşlıq Vəziyyəti aktının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Maraqlı şəxsndə uşaqlarının doğum haqqında şəhadətnamələri axtarış edildikdə X3 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1976-cı il tarixdə onunla (ərizəçi ilə) həyat yoldaşının nikahının olması öz təsdiqini tapmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi vəzifəsini icra edən X4 verdiyi izahatında göstərmişdir ki, Yevlax şəhər sakini Ərizəçi 07 iyun 2024-cü il tarixdə mərhum həyat yoldaşının doğum və nikah haqqında şəhadətnamələrin akt qeydlərinin bərpa edilməsi barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Ərizəçinin mərhum həyat yoldaşı X8 ilə aralarında bağlanmış nikah haqqında akt qeydi şöbənin arxivində, X3nın reyestri Xidmətində, eləcə də «X3» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ aktların təsdiq edilməsi» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Buna görə də, ərizəçiyə nikahın qeyd edilmə faktının müəyyən edilməsi üçün adiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yevlax şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 oktyabr 1977-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. İş materiallarında olan Yevlax şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 noyabr 1978-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. İş materiallarında olan Yevlax şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 29 sentyabr 1988-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 mart 2024-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli, 1510 saylı məktubdan görünür ki, Mustafayeva Mülki Əmir qızı ilə Ərizəçi arasında bağlanmış nikah akt qeydinə dair heç bir məlumat aşkar edilməmiş və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə arvadı X8 ilə aralarında bağlanmış nikah haqqında arayışın istənilməsi ilə bağlı müraciət etmişdir. Müraciətə əsasən Tərtər rayon qeydiyyat şöbəsinə və X3nın dövlət reyestri xidmətinə sorğu göndərilmiş, Ərizəçi və Mustafayeva Mülki Əmir qızının nikah haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçinin övladları X6, X7 və X9 doğum haqqında akt qeydlərində ata haqqında qeydin əsasları kimi Ağdərə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli, 06 saylı nikah akt qeydi, AZ seriyalı 280778 nömrəli şəhadətnamə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş X7 doğumu haqqında xx.xx.1977-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X10 07 oktyabr 1977-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. Uşağın atası haqqında qeydin əsası Ağdərə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli, 06 saylı nikaha dair verilmiş AZ seriyalı 280778 nömrəli şəhadətnamə olmuşdur. İş materiallarına əlavə edilmiş X6 doğumu haqqında xx.xx.1978-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X11 12 dekabr 1978-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. Uşağın atası haqqında qeydin əsası Ağdərə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli, 06 saylı nikaha dair verilmiş AZ seriyalı 280778 nömrəli şəhadətnamə olmuşdur. İş materiallarına əlavə edilmiş X9 doğumu haqqında xx.xx.1988-ci il tarixli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X14 29 sentyabr 1988-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası X5r. Uşağın atası haqqında qeydin əsası Ağdərə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli, 06 saylı nikaha dair verilmiş AZ seriyalı 280778 nömrəli şəhadətnamə olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi ilə mərhum həyat yoldaşı X8 10 noyabr 1976-cı il tarixdə Ağdərə rayonunun Umudlu kənd icra nümayəndəliyində nikahlarını bağlamışlar. Birgə nikahlarından Ramilə, Aynurə və Ramil adlı uşaqları doğulmuşdur. Ərizəçinin həyat yoldaşı X8 03 mart 2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum həyat yoldaşı ilə aralarında olan nikaha dair nikah haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə tərəfindən xx.xx.2024-cü il tarixli, 1510 saylı məktubla nikah haqqında akt qeydinin şöbənin arxivində və «X3» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyi bildirilərək, nikahın qeyd edilmə faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X3nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, X3nın dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Məhkəmə iclasında müəyyən edildiyi kimi Ərizəçi Maraqlı şəxsnə arvadı X8 ilə aralarında bağlanmış nikaha dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, onun müraciəti əsasında Yevlax rayon qeydiyyt şöbəsi tərəfindən Tərtər rayon qeydiyyat şöbəsinə və X3nın dövlət reyestri xidmətinə sorğu göndərilmiş, Ərizəçi və Mustafayeva Mülki Əmir qızının nikah haqqında akt qeydi aşkar edilməmiş və ərizəçiyə nikahın qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin mərhum həyat yoldaşı X8 ilə birgə nikahlarından doğulmuş X6, X7 və X9 doğum haqqında akt qeydlərində ata haqqında qeydin qeydin əsası Ağdərə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış xx.xx.1976-cı il tarixli, 06 saylı nikaha dair verilmiş AZ seriyalı 280778 nömrəli şəhadətnamə olmuşdur. X3nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamış və onların bərpası (X3nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir. Həmin qeyd isə yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, xx.xx.2024-cü tarixdə vəfat etmiş X12 ilə Ərizəçi arasında Ağdarə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyində xx.xx.1976-cu il tarixdə, 06 saylı nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxxxx 1954-cü ildə doğulmuş Ərizəçi ilə 22 fevral 1952-ci ildə Ağdarə rayonunun Umudlu kəndində doğulmuş və 03 mart 2024-cü il tarixdə ölmüş X8 arasında Ağdarə rayonu (keçmiş Mardakert) Umudlu kənd icra nümayəndəliyində xx.xx.1976-cu il tarixdə, 06 saylı nikahın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar