Məhkəmə qərarları › İş №2(039)-1779/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1779/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1779/2020 23.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Maraqlı şəxs X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə, Yevlax rayon 1 saylı Notariat Kontoruna və X5 qarşı «mirasın qəbul etmə faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə, Yevlax rayon 1 saylı Notariat Kontoruna və X5 qarşı «mirasın qəbul etmə faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evinə, o cümlədən Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evinin X7 aid olan ümumbirgə mülkiyyətdə olan torpaq sahəsinə onların mirası qəbul etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək izah etdi ki, mərhum X9 onun qaynatası olmuşdur. Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evi X2 miras qalmışdır. Həmin fərdi yaşayış evində onlar yaşayırlar və mirası faktiki olaraq qəbul etmişlər. Ərizəçi2 ərizəni müdafiə edərək izah etdi ki, mərhum babası X2 Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evi miras qalmışdır. Ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar və mirası faktiki olaraq qəbul etmişlər. Ərizəçilərin vəkili Məmmədov Fərhad Möhübbət oğlu ərizəni müdafiə edərək izah etdi ki, mərhum X2 Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evi miras qalmışdır. Həmin mirası faktiki olaraq ərizəçilər qəbul etmişdir. Belə ki, həmin evdə yaşayırlar və təsərrüfatı idarə edirlər. Maraqlı şəxs X10 məhkəməyə əirzə təqdim edərək izah etdi ki, həmin miras qalmış mülkdə hazırda anası və qardaşları yaşayır. Mirası faktiki olaraq onlar qəbul etmişlər. O həmin mülkdən heç nə istəmir. Özünə məxsus evi və torpağı var. Hazırda anasının və qardaşlarının miras qalmış mülkün qəbul edilməsi faktının təmin edilməsinə etirazı yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Yevlax rayon 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştrakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komtəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin və Yevlax rayon 1 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı 08498454 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi3 xx xxxxxxxx 1985-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi mənzil 67-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2012-ci il tarixli AZ-l 516795 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 xx xxxxxx 2012-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxx 2014-cü il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evi X6 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 1268 saylı arayışından məlum olur ki, X1 xx xxxx 1970ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli 1145 saylı arayışından məlum olur ki, X9 xx xxxxxx 1978-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 1284 saylı arayışından məlum olur ki, X11 xx xxxx 1954-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli 281 saylı məktubundan məlum olur ki, X5 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx xxxxxx 1955-cı il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi mənzil 67-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx xxxxxx 1981-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi mənzil 67-də qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx xxxxxxx 2014-cü il tarixli ********** saylı çıxarışına əsasən Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evi X6, həmin ev yerləşdiyi 0.059 ha torpaq sahəsi X7, Ərizəçi1 Məhəmmədiyə qızına, Ərizəçi2 və Ərizəçi3 məxsusdur. X9 xx xxxxxx 1978-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçilər (vərəsələr) həmin evi faktiki olaraq miras kimi qəbul etməklə həmin evdə yaşayırlar. Ərizəçilər və maraqlı şəxs X10 birinci növbə vərəsələrdir. Maraqlı şəxs X10 məhkəmə iclasında ərizəçilərin mirası qəbul etdiklərini bildirərək, ərizəçilərin mirasın qəbul etməsi faktının müəyyən edilməsinə etiraz etmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” x xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X12 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X13rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 ölümündən sonra Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evinin miras əmlak kimi ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X4 ölümündən sonra Yevlax şəhəri, C.Kərimov küçəsi 67 saylı fərdi yaşayış evinin miras əmlak kimi ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar