Məhkəmə qərarları › İş №2(039)-1779/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1779/2022

22.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1779/2022 22.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı X2 08 mart 2022-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, 10 iyun 2008-ci il tarixdə X7 ilə rəsmi nikah qeydindən keçərək evlənib ailə həyatı qurmuş və xx.xx.2022-ci il tarixdə ev şəraitində X5 adlı qız övladı dünyaya gəlmişdir. Müəyyən səbəblərdən övladının adına doğum haqqında şəhadətnamə alınmamışdır. Belə ki, övladının adına doğum haqqında tibbi şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Övladının anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də övladının anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkün olduğundan hazır ki, iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Övladının müəyyən tarixdə ev şəraitində anadan olmasını təsdiq edəcək heç bir sənəd olmasa da, məhkəmə prosesində dindiriləcək şahidlər bunu təsdiq edə bilər. Tərəflərin izahatları: Məhkəmə iclası zamanı ərizəçi Rəsmiyyə Kərimova ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 8 övladı var, 08 mart 2022-ci il tarixdə 9-cu övladı qızı ev şəraitində doğulmuşdur. Həmin zaman ailə vəziyyəti ilə əlaqədar xəstəxanaya gedə bilməmişdir. Sonradan tibb şəhadətnamənin verilməsi üçün müraciət etsə də, həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X3 bildirmişdir ki, Xeyransa onun oğlunun arvadıdır. Onların birgə nikahlarından 9 övladları var. Xeyransa 08 mart 2022-ci il tarixdə ev şəraitində doqquzuncu övladını doğmuşdur, bu qız uşağı idi. Ailə vəziyyətləri ilə əlaqədar onu xəstəxanaya apara bilməmişlər. Uşaq sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. X1 bildirmişdir ki, Xeyransa və Səlim onun qonşularıdır, onları uzun müddətdir tanıyır. Onlar birgə yaşadıqları müddətdə, 08 mart 2022-ci il tarixdə, Xeyransa ev şəraitində qız uşağı doğmuşdur. Uşaq sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, 08 mart 2022-ci il tarixdə doğulmuş qız övladına doğum haqqında şəhadətnamə övladının doğum haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra verilə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan 08 mart 2022-ci il təvəllüdlü X5 müayinədən keçmişdir, sağlamdır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin sübutlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin 08 mart 2022-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaq üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ərizədə uşağın soyadı, adı və ata adı qeyd edilsə də, həmin faktın xüsusi icraat qaydasında müəyyən edilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi 08 mart 2022-ci il tarixdə Yevlax şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar