Məhkəmə qərarları › İş №2(039)-1786/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1786/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1786/2022 30.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X1nın xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının, yəni doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, toy adət ənənəsi ilə evlənib ailə həyatı qurmuş, xx.xx.2022-ci il tarixdə ev şəraitində X6 adlı övladı anadan olmuşdur. Müəyyən səbəblərdən övladının adına doğum haqqında şəhadətnamə alınmamışdır. Belə ki, onun adına tibbi doğum haqqında şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşağın anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də uşaqlarının anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkün olduğundan hazır ki, iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. X1 ev şəraitində anadan olmuşdur. Bunu təsdiq edəcək heç bir sənəd olmasa da, məhkəmə prosesində dindiriləcək şahidləri bunu təsdiq edə bilərlər. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs Ərizəçi ünvanladığı 1567 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən ərizəçinin xx.xx.2022-ci ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X6 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Zenfira Nadirova, Cəmilə Bəkirova və Turanə Rəhimovanın iştirakı ilə akt tərtib edilərək X6 doğum haqqında şəhadətnaməki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 146-da qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Yevlax şəhəri. C.Kərimov küçəsi ev 151-da yaşayır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X5 və X4 ifadələrində bildirmişdir ki, ərizəçi onların qohumudur. Ərizəçinin Zeynəb adlı uşağını xx.xx.2022-ci il tarixdə öz evində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi X10 şəhərində, xx.xx.2022-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-in 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə bir qızı uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar