Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1799/2020 21.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinədair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, 2015-ci il tarixli çıxarışa əsasən fərdi yaşayış evi onun xüsusi mülkiyyətinə keçmişdir, cavabdehlər qardaşı və onun həyat yoldaşıdır, cavabdehlər başqa yaşayış evinə köçənədək onunla birlikdə müvəqqəti yaşamağa icazə istəmiş, o da icazə vermiş, sonradan onunla münaqişə yaradaraq onu evdən qovmuş, buna görə də o, başqa ünvanda yaşamağa məcbur olmuşdur. Göstərilənlərə əsasən cavabdehlərin onun xüsusi mülkiyyətində olan Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia ilə razı olmayaraq göstərdi ki, mübahisəli ev nənəsindən anasına qalmış, o, həmin evdə doğulub-böyümüş, digər cavabdehlə 1996-cı ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, həmin vaxtdan da cavabdeh ora gəlin köçmüş, uşaqları həmin evdə doğulub-böyümüş, sonradan iddiaçı ilə aralarında münasibətlər pozulduğundan bir müddət başqa yerlərdə kirayədə yaşamağa məcbur qalmışlar, 2018-ci ildə anaları rəhmətə getdikdən sonra isə mübahisəli evdə yaşamağa davam etmişlər, iddiaçı yenidən onlarla yola getmədiyindən evdən çıxıb getmişdir. Mübahisəli ev anasından miras qalmışdır, həmin evdə onun da payı var. Göstərilənlərəəsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh2 da Cavabdeh1lə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işin materialları (Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli, 228 saylı arayışı, DƏDRX-in 17 saylı Ərazi İdarəsinin mübahisəli evə dair xx.xx.2015-ci il tarixdə tərtib etdiyi texniki pasport, həmin tarixli, ******* nömrəli Çıxarış, xx.xx.2018-ci il tarixli, AZ İ 864741 saylıölüm haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli, AZ İİ 052840 saylı nikah haqqında şəhadətnamə, DƏDRX-in 17 saylı X7 məhkəmənin sorğusuna əsasən göndərdiyi sənədlər) iləmüəyyən edilmişdir ki, cavabdehlər xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuş, mübahisəli evə dair iddiaçı və Cavabdeh1 anası X4 adına xx.xx.2015-ci il tarixdəçıxarış verilmiş, Z.Qarayeva xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 0,14 ha torpaq sahəsi iddiaçı və anasının ümumi birgə mülkiyyətində olmuşdur. Azяrbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə iləəlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin müvafiq maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin müvafiq maddələrinin qaydalarına uyğun həll edilməlidir. Yuxarıda qeyd olunanlardan da müəyyən olunduğu kimi mübahisəli fərdi yaşayış evi 2015-ci il tarixdən iddiaçı və Cavabdeh1 analarının xüsusi mülkiyyətindədir. Cavabdehlərin 1996-cı ildən faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli evdə birgə yaşamaları, uşaqlarının orada doğulub-böyümələri iddiaçı tərəfindən də mübahisələndirilməyərək təsdiq edilmişdir. Cavabdeh1 (hazırda da mərhum anasının adında qalan) mübahisəli evdə doğulubböyüdüyündən, orada yaşadığından, digər Cavabdeh2 isə 1996-cı il tarixdən onunla faktiki nikah münasibətlərinə daxil olaraq ailəüzvü kimi mübahisəli evə köçərək onlarla birlikdə orada yaşadığından hazırkı mübahisəyə xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailəüzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailəüzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailəüzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər iki cavabdehin mübahisəli evdən istifadə hüququ olduğundan onların həmin evdən çıxarılmasına dair iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1799/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1799/2020
21.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver