Məhkəmə qərarları › İş №2(039)-1806/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1806/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1806/2020 09.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, X5 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün Cavabdeh Şaxvələd oğluna qarşı «gömrük ödənişlərinin məcburi tutulması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyü Cavabdeh Şaxvələd oğluna qarşı «gömrük ödənişlərinin məcburi tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan RespublikasıvətəndaşıCavabdeh Şaxvələd oğlundan Dağıstan Gömrüyünün xeyrinə gömrük ödənişləri və dəbbə pulu olaraq 815066.40 rus rublu, bundan 739138.40 rus rublu gömrük ödənişləri və 75928 rus rublu dəbbə pulu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(039)-1151/2018 saylı qərardadı ilə X5 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün Cavabdeh Şaxvələd oğluna qarşı «gömrük ödənişlərinin məcburi tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. X5 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyü vəsatətlə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(039)-1151/2018 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 1151/2018 saylı qərardadı ilə məhkəmənin xx xxxx 2016-cı il tarixli 2(039)-1110/2016 saylı məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(039)-1151/2018 saylı qərardadı ləğv edilmiş və işə üzrə icraat təzələnmişdir. X5 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyü onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Yevlax rayonu, Səmədabad kəndində yaşayan Əliyarov X3 Gömrüyü qarşısında 815066.40 rus rublu, bundan 739138.40 rus rublu gömrük ödənişləri və 75928 rus rublu dəbbə məbləğində borcludur. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh Şaxvələd oğlunun istifadəsində olan 2008 il istahsallı, VİN nömrəsi WVWAK73C08P091416, qeydiyyat nömrəsi A90TS901 Volkswagen Passat markalı avtomobil Dağıstan Gömrüyünün postundan keçirmişdir. Avtomobilin müvəqqəti giriş müddəti gömrük orqanı tərəfindən xx xxxxxx 2016-cı il tarixədək müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən, həmin avtomobil X1 gömrük ərazisindən ixrac edilməmişdir. 2008 il istahsallı, VİN nömrəsi WVWAK73C08P091416, qeydiyyat nömrəsi A90TS901 Volkswagen Passat markalı avtomobilin olduğu yer müəyyən edilməmişdir. Dağıstan Gömrüyünün Məhərrəmkənd gömrük postu tərəfindən qəbul edilmiş gömrük nəzarəti haqqında qərara əsasən Cavabdeh Şaxvələd oğlunun gömrük ödənişlərinin gecikdirilməsi faktı təsdiq edilmişdir. X5 Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, işə Dağıstan Gömrüyünün nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Şaxvələd oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh Şaxvələd oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh Şaxvələd oğlunun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, Qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2008 il istahsallı, VİN nömrəsi WVWAK73C08P091416, qeydiyyat nömrəsi A90TS901 Volkswagen Passat avtomobil X2 məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, xx xxxx 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 özünə məxsus 2008 il istahsallı, VİN nömrəsi WVWAK73C08P091416, qeydiyyat nömrəsi A90TS901 Volkswagen Passat avtomobili sürmək və sərəncam vermək hüququ ilə Cavabdeh Şaxvələd oğluna etibar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, Federal Gömrük Xidmətinin Məhərrəmkənt Gömrük Postunun xx xxxx 2017-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh Şaxvələd oğlu tərəfindən nəqliyyat vasitəsinin müəyyən edilmiş müddətdə ərazidən çıxarılmaması faktı üzrə onun barəsində inzibati icraatın başlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, gömrük nəzarəti haqqında 10801060/11082017/TSLP-21 saylı qərarının surətindən müəyyən olunur ki, 2008 il istahsallı, VİN nömrəsi WVWAK73C08P091416, qeydiyyat nömrəsi A90TS901 Volkswagen Passat markalı avtomobilin girişi üçün müəyyən edilmiş müddətin Cavabdeh Şaxvələd oğlu tərəfindən pozulması faktı aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən, xəbərdarlığın surətindən müəyyən olunur ki, X6 Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyü pretenziya qaydasına riayət edərək, Cavabdeh Şaxvələd oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx xxxxxx 1993-cü il tarixdə Minsk şəhərində imzalanmış Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın 22-ci bəndinin 1-ci yarımbəndinə görə, əgər bu bölmənin İİ — V hissələrində digər qayda nəzərdə tutulmursa, onda yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn Tərəfin məhkəmələrinə təqdim edilir. Mülki Prosessual Məcəllə: Maddə 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Maddə 13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Maddə 13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Maddə 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Qanunvericiliyin istinad edilən normaları baxımından məhkəmə belə qənaətə gəlir ki, daha üstün hüquqi qüvvəyə malik olan yuxarıda qeyd edilən Konvensiyanın tələbləri baxımından aidiyyət qaydaları pozulmamışdır. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh Şaxvələd oğlu xx xxxxxx 2015-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 2008 il istahsallı, VİN nömrəsi WVWAK73C08P091416, qeydiyyat nömrəsi A90TS901 Volkswagen Passat avtomobili ilə Azərbaycan Respublikası ərazisindən X1 gömrük ərazisinə daxil olan Rusiya Federasiyasının ərazisinə Dağıstan Gömrüyünün postundan, keçidin məqsədiin tranzit olaraq qeyd etməklə, daxil olmuşdur. Bu zaman X1 gömrük ərazisində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona idarə etdiyi avtomobilin bir il müddətində həmin ərazidən çıxarılmalı olduğu, bu avtomobilin qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verilməsinin qadağan olduğu izah edilmiş və o, bu barədə xəbərdar edildiyini bildirməklə avtomobili bir il müddətində həmin ərazidən çıxarmaq və bu ərazidə avtomobili başqa şəxsin istifadəsinə və sərəncamına verməmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, bir ilin tamamında Dağıstan Gömrüyü tərəfindən aparılmış yoxlamalara dair sənədlərlə təsdiq olunur ki, sonuncu, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, avtomobili həmin ərazidə başqa şəxsin sərəncamına vermişdir. Bununla da Cavabdeh Şaxvələd oğlu X1 gömrük ərazisinə qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Məhkəmə, istinad edilən qanunun tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının istinad etdiyi hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən edilməsi mümkün olmadığından, habelə iddiaçı istinad etdiyi hüquqi normaları təsdiqləyən sənədlər təqdim etmədiyindən mübahisənin həlli üçün Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 68. gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər. Maddə 148.3.4. gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Maddə 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu. Maddə 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh, etibarnamə əsasında idarə etdiyi avtomobillə X1 gömrük ərazisinə daxil olan zaman üzərinə avtomobilin bir il müddətində həmin ərazidən çıxaracağı, bu avtomobili qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verməyəcəyi barədə öhdəlik götürsə də, üzərinə götürdüyü öhdəliyi icra etməməklə X1 gömrük ərazisinə qüvvədə olan gömrük qanunvericiliyinin tələblərini pozmuş, bununla da gömrük ödənişini ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı, səlahiyyətli orqan olaraq həmin gömrük ödənişini, habelə müəyyən edilmiş müddəti pozduğuna görə dəbbə pulunu tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia təmin edilməli, cavabdehdən iddia tələbində qeyd edilən məbləğ, ödəniş gününə olan məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə işə baxılması ilə bağlı ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh Şaxvələd oğlundan gömrük ödənişi olaraq 739138.40 Rusiya Federasiyası rublu, dəbbə pulu olaraq 75928 Rusiya Federasiyası rublu, cəmi 815066.40 Rusiya Federasiyası rublu ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə X6 Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsi Dağıstan Gömrüyünün xeyrinə tutulsun. Ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh Şaxvələd oğlundan dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar