Məhkəmə qərarları › İş №2(039)-1822/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1822/2020

30.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1822/2020 30.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X1 iştirakı ilə, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tusif oğluna, İddiaçı2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tusif oğluna, İddiaçı2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 mənzil 8 ünvanından istifadə hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Tusif oğluna, İddiaçı2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar