Məhkəmə qərarları › İş №2(039)-1823/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1823/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1823/2022 30.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs olaraq Yevlax rayon Qeydiyyat şöbəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı X2 xx.xx.2018-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər hər ikisi ər-arvad olmaqla, Yevlax şəhəri, K.Nəsibov küçəsi ev 5-da yaşayırlar. Nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Birgə evliliklərindən (rəsmi nikahdan əvvəl) xx.xx.2018-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Lakin müəyyən səbəblərdən onlar vaxtında uşağına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Yevlax rayon qeydiyyat şöbəsinə müraciət edərək uşağına doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsələr də, şöbənin 15 iyul 2022-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. İş materiallarından məlum olur ki, ərizəçi ərizəsinə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni bахılmаmış sахlаyır. Hesab edirəm ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» barədə iş üzrə mübahisə olduğundan ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9.2-ci bəndində göstərilmişdir ki, Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.12, 263-264, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» barədə iş üzrə mübahisə olduğundan, ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar