Məhkəmə qərarları › İş №2(039)-1834/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1834/2022

02.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1834/2022 02.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Tapdıx qızına qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Tapdıx qızına qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onların Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən X4 məxsus olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Yevlax rayonu, Qoyunbinəsi kəndində mərhum anası X4 məxsus fərdi yaşayış evində anası vəfat etməmişdən əvvəl orada yaşamış, digər İddiaçı2 ilə 1996-ci ildə faktiki nikah münasibətinə daxil olmaqa ailə qurmuş, İddiaçı2 mübahisələndirilən evə gəlin köçmüş, həmin nikahdan 1999-cu ildə İddiaçı3 və 2000-ci ildə Nuranə Qarayeva adlı iki övladları dünyaya gəlmişdir. Hər iki uşaqları həmin evdə doğulmuşdur. Bütün cer-cehiz əşyaları bu günə kimi həmin evdədir. Onlar ər-arvad olaraq övladları ilə birlikdə həmin evdə istifadə hüququnun tanınmasını istəyir. Cavabdeh Tapdıx qızı onun bacısı olmaqla, onları həmin evdən çıxarmaq üçün məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların fərdi yaşayış evindən çıxarılması tələbi təmin edilməmişdir. Onlar bu evin sakinləridir. Həmin mübahisələndirən fərdi yaşayış evi anası Zeynəb Qarayevaya məxsus olmuş, anası 2018-ci il tarixdə vəfat etmiş, həmin evin yerləşdiyi 0.14 ha torpaq sahəsi anasının ümumibirgə mülkiyyətində olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar Samir və İlahə Qarayevlər iddia tələbini müdafiə etdiklərini bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Tapdıx qızı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 2(039)-1799/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Tapdıx qızının cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. RX seriyalı ******* №-li hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0,14 hektar torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 78,9 kv.m olan fərdi yaşayış evi üzərində Zeynəb Qarayevanın tam, sözügedən 0,14 hektar torpaq sahəsi isə Zeynəb Qarayeva, Ağca İsgəndərova və Cavabdeh ümumi birgə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. JN-292A KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4, X5 və Cavabdeh Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən həyatyanı sahə üçün 0,14 ha torpaq sahəsi verilmişdir. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Yevlax İHB-nin Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qaytanlanmış təsərrüfat başına kitabının 03-ci səhifəsinin 68 qeydinə əsasən Yevlax rayonu Qoyunbinəsi kəndində X1 torpağın mülkiyyətə verilməsinə dair JN-292A KOD 90100028 nömrəli şəhadətnaməsinə əsasən mülkiyyətində və ya paylı mülkiyyətində olan 0,14 hektar həyətyanı torpaq sahəsində yerləşən 1980-ci ildə inşa olunmuş ümumi sahəsi 80.0 kvadrat metr, 1 mərtəbəli, 2 yaşayış otağından ibarət fərdi yaşayış ev vardır. Yevlax rayonu Qoyunbinəsi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir; Yevlax rayonu Qoyunbinəsi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 052840 №li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X2 arasında bağlanmış nikah 1999-cu ilin yanvar ayının 02-ci günündə akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada isə Qarayeva soyadı verilmişdir. Yevlax rayonu Qoyunbinəsi kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həqiqətən də Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayırlar. Beləliklə, Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, mübahisəli evin yerləşdiyi 0,14 ha torpaq sahəsi Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Zeynəb Qarayeva, Ağca İsgəndərova və Cavabdeh ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində mübahisəli ev inşa edilmişdir. Belə ki, mülki işin materialları (Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli, 228 saylı arayışı, DƏDRX-in 17 saylı Ərazi İdarəsinin mübahisəli evə dair xx.xx.2015-ci il tarixdə tərtib etdiyi texniki pasport, həmin tarixli, ******* nömrəli Çıxarış, xx.xx.2018-ci il tarixli, AZ İ 864741 saylı ölüm haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli, AZ İİ 052840 saylı nikah haqqında şəhadətnamə, DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəmənin sorğusuna əsasən göndərdiyi sənədlər) iləmüəyyən edilmişdir ki, cavabdehlər xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuş, mübahisəli evə dair iddiaçı və cavabdeh İddiaçı1 anası X3 adına xx.xx.2015-ci il tarixdəçıxarış verilmiş, Z.Qarayeva xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 0,14 ha torpaq sahəsi iddiaçı və anasının ümumi birgə mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin müvafiq maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin müvafiq maddələrinin qaydalarına uyğun həll edilməlidir. Yuxarıda qeyd olunanlardan da müəyyən olunduğu kimi mübahisəli fərdi yaşayış evi 2015-ci il tarixdən İddiaçı1 və Cavabdeh mərhum analarının xüsusi mülkiyyətindədir. İddiaçıların 1996-cı ildən faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli evdə birgə yaşamaları, uşaqlarının orada doğulub-böyümələri Cavabdeh tərəfindən də mübahisələndirilməyərək təsdiq edilmişdir (bu hal Yevlax Rayon Məhkəməsinin 2(039)- 1799/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd olunmuşdur). İddiaçı1 (hazırda da mərhum anasının adında qalan) mübahisəli evdə doğulub-böyüdüyündən, orada yaşadığından, digər İddiaçı2 isə 1996-cı il tarixdən onunla faktiki nikah münasibətlərinə daxil olaraq ailə üzvü kimi mübahisəli evə köçərək onlarla birlikdə orada yaşadığından, habelə İddiaçı3 xx.xx.1999-cu ildə həmin evdə doğulduğundan hazırkı mübahisəyə xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailəüzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınsın və onlar həmin yaşayış evinə köçürülsünlər. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar