Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1836/2021 12.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsində payının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Aran qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2,48 ha torpaq sahəsinə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir.) İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 2.48 hektar torpaq sahəsi Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə kənd təsərrüfatlı məhsullarının istehsalı üçün atası Cavabdeh1, X1nın, qardaşı Cavabdeh2 Müslüm oğlunun və onun ümumi birgə mülkiyyətinə verilmişdir. Anası X4 2018-ci ilin avqust ayında vəfat etmişdir. O, 2007-ci ildə ailə həyatı qurub köçmüşdür. Torpaq sahəsində payının müəyyən edilməsini istəyir. Cavabdehlər torpaq payının naturada ayrılıb ona verilməsinə razı olmurlar. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və gəlməmələri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. JN-0413, 90100016 kodlu “torpağın mülkiyyətə hüququna” dair dövlət aktından müəyyən edilir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 24.04.2001-ci il tarixli, 57 nömrəli qərarı ilə Yevlax rayonu Aran qəsəbəsində yerləşən 2,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, X2, Cavabdeh2 və X3 mülkiyyətinə verilmişdir. Yevlax rayon İcra Hakimiyyəti Başçının Nemətabad kənd icra nümayəndəliyi tərəfindən 29.07.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 314323 №li nikah haqqında şəhadətnamədən görünür ki, X5 29.07.2007-ci ildə nikah bağlamış və nikah bağlandıqdan sonra ona Abbasova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı özünə məxsus olan hissədə payının müəyyən edilməsini tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən 2,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə iddiaçın payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-0413, 90100016 kodlu “torpağın mülkiyyətə hüququna” dair dövlət aktına əsasən Abbasova (Xəlili) Könül Müslüm qızına və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 2,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1836/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1836/2021
12.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver