Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1840/2023 22.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətinə daxil olan fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətinə daxil olan Yevlax rayonu Kövər kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh bütün əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Kövər kəndində xüsusi mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən 71.4 kv.m sahəyə malik fərdi yaşayış evi daxildir. Həmin daşınmaz əmlaka dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh X3 onun sabiq gəlinidır. X1 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah münasibətinə girərək ailə həyatı qurmuş və birgə nikahdan iki övladları olmuşdur. X5 xx.xx.2015- ci il təvəllüdlü və X2 - xx.xx.2017- ci il təvəllüdlü. Yevlax Rayon Məhkəməsinin 24 aprel 2023cü il tarixli qətnaməsinə əsasən X4 ilə Cavabdeh ilə aralarında olan rəsmi nikah pozulmuşdur. Uşaqlar anasının cavabdeh G. Ağamirzəyevanın yanındadırlar. Cavabdeh ilə X1 ilə 6 aydan artıqdır ki, faktiki olaraq ayrılmışlar. X1 Cavabdeh ilə rəsmi nikah münasibətində olduğu dövr ərzində Dövlət qaçqınkomun Yevlax nümayəndəliyində ayrı təsərrüfat kimi qeydiyyatda olmuşlar. X1 Cavabdeh ilə rəsmi nikah münasibətində olduğu dövrdə müvəqqəti yaşamaq üçün ona məxsus fərdi yaşayış evində yaşamışlar. Hazırda isə yuxarıda qeyd etdiyi kimi onların arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Cavabdeh daha onun ailə üzvü deyildir. Hazırda Cavabdeh ona məxsus mənzildə aşağıda qeyd edilən əmlakları qalmışdır. Yataq dəsti mebeli (şifoner, taxt yataq dəsti, termo). Stol, stul dəsti. Txovka. Cavabdehə məxsus qab - qacaq. Tərəflərin izahatları: İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, dəfələrlə cavabdehə müraciət edərək ona məxsus əşyaların onun fərdi yaşayış evində çıxarılmasını tələb etsə də cavabdeh müxtəlif bəhanələrlə bundan yayınırlar. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirmişdir ki, həqiqətən ona məxsus iddia ərizəsində qeyd edilən əmlaklar iddiaçının evindədir. Həmin əşyaları müəyyən müddət ərzində oradan çıxaracaqdır. Cavabdeh əmlaklarının çıxarılması üçün vaxt istəmiş lakin, həmin müddət ərzində əmlakları çıxarmamış, məhkəmə iclasının vaxtı və yeri barədə bildirşi alsa da, iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, Yevlax rayonu Kövər kəndində yerləşən 71.4 kv ibarət olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Yevlax şəhər Şöbəsi tərəfindən təqdim edilmiş 350№-li, 26 may 2023-cü il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan İddiaçı həqiqətən Yevlax rayonu Kövər kəndində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Yevlax şəhər Şöbəsi tərəfindən təqdim edilmiş 351 №-li, 26 may 2023-cü il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün olan X4 həqiqətən Yevlax rayonu Kövər kəndində müvəqqəti məskunlaşmış və ayrı təsərrüfat kimi qeydiyyatdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-362/2023 saylı, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında bağlanmış Ağdam rayonu, Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərəfindən 2015-ci ilin mart ayının 02-ci günündə akt qeydləri kitabında 05 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh Məhəmməd Ağamirzəyevlə nikaha daxil olduqdan sonra cavabdehə məxsus cehiz əşyaları iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Kövər kəndində yerləşən ümumi sahəsi 71.4 kv/m, yaşayış sahəsi 38 kv/m , yardımçı sahəsi 33.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evinə yerləşdirmişdir. Daha sonra isə aralarında münasibətlər pozulduğundan Məhəmməd Ağamirzəyevlə cavabdehin nikahları pozulmuş, cavabdeh həmin evi tərk etsə də, özünə məxsus əşyalar orada qalmışdır. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini, habelə cavabdehin iddiaya olan münasibətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əşyaları Yevlax rayonu Kövər kəndində yerləşən İddiaçı fərdi yaşayış evindən çıxarılsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1840/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1840/2023
22.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver