Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1855/2021 14.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Əlizadə Ruslan Əliyar оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi Maraqlı şəxslər X5 və X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Yevlax rayon 1 saylı Notariat ofisinə, X9 və X10 qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması» haqqında mülki işə Yevlax Rayоn Məhkəməsinin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxslər Yevlax rayon 1 saylı Notariat ofisinə, X9 və X10 qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması» haqqında ərizə ilə məhkəməyə mürаciət еdərək, mərhum anası X3 miras qalmış torpaq sahəsinə və yaşayış evinə dair mirasın qəbul edilməsi müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edərək, həmin mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhrum anası X3 miras qalmış torpaq sahələrinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum X14 onun anası idi. X3 Yevlax rayonu, Hacımahmudlu kəndində həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Həmin torpaqda inşa edilmiş evdə o yaşayır, torpaqlardan anasının ölümündən sonra o istifadə etmiş və mirası faktiki olaraq o qəbul etmişdir. Maraqlı şəxs X15 məhkəmə iclasında izah etdi ki, analarından qalmış mirası faktiki olaraq tək Ərizəçi qəbul etmişdir. Hazırda da mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Maraqlı şəxs X16 məhkəmə iclasında izah etdi ki, analarından qalmış mirası faktiki olaraq tək Ərizəçi qəbul etmişdir. Belə ki, Güləzər həmin evə köçərək orada yaşamışdır. Hazırda da mirasın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Maraqlı şəxslər X15 və X16 məhkəməyə ərizə ünvanlayaraq bildirmişlər ki, mərhum anaları X3 qalmış mirası faktiki olaraq Ərizəçi qəbul etmişdir. Hazırda da Ərizəçi X3 qalmış miras torpaq sahələrinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmirlər. Maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Yevlax rayon 1 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, ərizə təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 10 avqust 2021-ci il tarixli 601 saylı məktubundan məlum olur ki, Ərizəçi müddətin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 1969-cu il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 xx xxxxxx 1966-cı il tarixdə anadan olmuş, atası X19 anası X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 iyun 2017-ci il tarixli AZ-l 864723 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 10 may 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 noyabr 2001-ci il tarixli AZ 121645 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X18 01 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 noyabr 1964-cü il tarixli AZ 710526 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X15 15 aprel 1948-ci il tarixdə anadan olmuş, atası X19 anası X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 avqust 1969-cu il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X16 03 aprel 1969-cu il tarixdə anadan olmuş, atası X19 anası X11r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli 1457 saylı arayışından məlum olur ki, X7 ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Yevlax rayon Hacımahmudlu kəndi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli 1457 saylı arayışından məlum olur ki, X7 ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Yevlax rayon Hacımahmudlu kəndi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli 1457 saylı arayışından məlum olur ki, Yevlax rayonu, Hacımahmudlu kəndində anadan olmuş və Yevlax rayonu, Hacımahmudlu kəndində qeydiyyatda olmuş mərhum X14 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 22 iyul 2021-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı aşkar edilmişdir: həyat yoldaşı X19 01.01.1900 (vəfat edib), qızı Məmmədova (Qurbanova) Güləzər Qurban qızı xx.xx.1966, qızı X16 03.04.1969, oğlu X15 15.04.1948, oğlu X18 20.03.1941 (vəfat edib). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli 1456/1 saylı arayışından məlum olur ki, X19 25 iyun 1993-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 iyul 2021-ci il tarixli 1456 saylı arayışından məlum olur ki, X19 ilə X20 arasında 26 avqust 1969-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən JN-110A kod 90107058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən məlum olur ki, X7, X8 və X2 Yevlax rayonu, Hacımahmudlu kəndində 0.30 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən JN-0080 kod 90107058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktından məlum olur ki, X7 Yevlax rayonu, Hacımahmudlu kəndində 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-110A kod 90107058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax rayonu, Hacımahmudlu kəndində 0.30 ha həyətyanı torpaq sahəsi X12, X13, X4 və JN-0080 kod 90107058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu, Hacımahmudlu kəndində 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X12 məxsusdur. X14 10 may 2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi (vərəsə) həmin torpaqları faktiki olaraq miras kimi qəbul etmişdir. Ərizəçi və maraqlı şəxslər X15 və X16 birinci növbə vərəsələrdir. Maraqlı şəxslər X15 və X16 məhkəmə iclasında ərizəçilnin mirası qəbul etməsini bildirərək, ərizəçinin mirasın qəbul etməsi faktının müəyyən edilməsinə etiraz etmədilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 60 və 71ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X31rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 ölümündən sonra Yevlax rayonu, Hacımahmudlu kəndində yerləşən torpaq sahələrinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiаçıya аid еdilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 191.3-cü mаddəsinə əsаsən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin еdilsin. X7 ölümündən sonra JN-110A kod 90107058 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax rayonu, Hacımahmudlu kəndində 0.30 ha həyətyanı torpaq sahəsi və JN-0080 kod 90107058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Yevlax rayonu, Hacımahmudlu kəndində 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə аid еdilsin. Qətnаmə rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Şəki Аpеllyаsiyа Məhkəməsinə Yevlax Rаyоn Məhkəməsi vаsitəsilə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1855/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1855/2021
14.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver