Məhkəmə qərarları › İş №2(039)-1861/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1861/2024

03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1861/2024 03.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları X13 xx.xx.2015-ci ildə, X16 xx.xx.2016-cı ildə, X14 xx.xx.2017-ci ildə, X18 xx.xx.2018-ci ildə, X19 xx.xx.2020-ci ildə və X17 xx.xx.2021-ci ildə doğulmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, onun İsmayıl adlı şəxslə faktiki nikahlarından Gülnaz, Əsmər, Xalidə, Arzu, Səma və Rəfail adlı uşaqları doğulmuşdur. Maddi imkanları olmadığından həmin uşaqlar ev şəraitində doğulmuş, hazırkı tarixədək onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Faktiki nikahda olduğu İsmayıl adlı şəxs iki ildir ki, onu və uşaqlarını atıb getmiş və hazırda uşaqları onun (ərizəçinin) yanında yaşayır. Uşaqlarını fəhləlik etməklə saxlayır və gündəlik çörək rulunu qazanır. Uşaqlarına şəxsiyyət vəsiqəsi almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüququndan istifadə edə bilmir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X29 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi ilə X20 faktiki nikahlarından 2015-ci ildə Gülnaz, 2016-cı ildə Əsmər, 2017ci ildə Xalidə, 2018-ci ildə Arzu, 2020-ci ildə Səma və 2021-ci ildə Rəfail adlı uşaqları doğulmuşdur. Ərizəçi həmin uşaqları ev şəraitində dünyaya gətirmiş, uşaqların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X37 şahid Leyla Dərvişovanın ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 şəhəri H.Aslanov küçəsi ev 38 ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X9 şəhəri H.Aslanov küçəsi ev 38 ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 şəhəri H.Aslanov küçəsi ev 38 ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X11 şəhəri H.Aslanov küçəsi ev 38 ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X12 şəhəri H.Aslanov küçəsi ev 38 ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X10 şəhəri H.Aslanov küçəsi ev 38 ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, oğlu ünvan 1 ünvanında yaşayan 17 fevral 2015-ci il təvəllüdlü X1. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, oğlu ünvan 1 ünvanında yaşayan 04 aprel 2016-cı il təvəllüdlü X3. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, oğlu ünvan 1 ünvanında yaşayan 20 dekabr 2017-ci il təvəllüdlü X2. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, oğlu ünvan 1 ünvanında yaşayan 24 noyabr 2018-ci il təvəllüdlü X5. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, oğlu ünvan 1 ünvanında yaşayan 16 yanvar 2020-ci il təvəllüdlü X6. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, oğlu ünvan 1 ünvanında yaşayan 21 iyul 2021-ci il təvəllüdlü X4. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, uşaqların doğumunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər təqdim olunmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax şəhərində ev şəraitində 2015-cı ildə bir qız uşağı, 2016-cı ildə bir qız uşağı, 2017-ci ildə bir qız uşağı, 2018-ci ildə bir qız uşağı, 2020-ci ildə bir qız uşağı və 2021-ci ildə bir oğlan uşağı doğmuşdur. Həmin uşaqlar ev şəraitində doğulduğundan onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində 17 fevral 2015-ci ildə bir qız uşağı, 04 aprel 2016-cı ildə bir qız uşağı, 20 dekabr 2017-ci ildə bir qız uşağı, 24 noyabr 2018-ci ildə bir qız uşağı, 16 yanvar 2020-ci ildə bir qız uşağı və 21 iyul 2021-ci ildə bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar