Məhkəmə qərarları › İş №2(039)-1862/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1862/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1862/2020 21.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehin əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətinə daxil olan Yevlax rayonu, Malbinəsi kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus əşyaların, yəni yataq dəsti mebelinin, 1 ədəd yorğanın, 1 ədəd döşəyin, 1 ədəd dəmir veşilkanın çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh iddiaçının oğlu X1 rəsmi nikahları olmamışdır. Onların birgə faktiki nikahdan iki qız övladları vardır. Yevlax rayonu Malbinəsi kəndində onun xüsusi mülkiyyətində 0.22 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 141 kv.m olan fərdi yaşayış evi vardır. Qeyd edilən torpaq sahəsi 2010-cu ilin sentyabr ayından və fərdi yaşayış ev 2010-cu ilin sonlarından iddiaçının sahibliyindədir. İddiaçının oğlu Qoşqarın heç zaman özünə məxsus evi olmamış, hazırda da yoxdur. Eyni zamanda iddiaçının ailəsinin məcburi köçkün statusu olsa da, Qoşqar Məmmədzadə həmin statusa malik deyildir. Çünki, Rusiya Federasiyasında olmuşdur. 2010-cu ilin sonlarında iddiaçı müvəqqəti yaşamaq üçün oğlu Qoşqara həmin evi vermişdir. Çünki, oğlu Qoşqar həmin vaxtlarda xəstə idi. Hazırda da xəstədir. Qoşqar faktiki nikah münasibətindəki olduğu qadını - Cavabdeh və iki azyaşlı övladını da həmin evə gətirmişdir. Bir müddət orada yaşasalar da, lakin onunla birgə təsərrüfatı idarə etməmişlər. Daha sonra isə iddiaçının oğlu Qoşqar xəstə olduğu üçün cavabdeh ona qulluq etməmiş və onlar ayrılçışlar. xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh iddiaçının oğlu ilə ayrılmış və maşınla gələrək özünə məxsus bütün əşyalarını yığıb aparmışdır. Bəzi əşyalarına maşında yer olmadığı üçün həyətdə, açıq havada qalmışdır. İddiaçı da nəvələrinin həmin əşyalara tələbatını düşünərək, bir neçə əşyanı evin bir küncünə yığılmasına dair oğlu Qoşqarın xahişini yerə salmamışdır. Daha sonra isə, yəni son vaxtlar iddiaçı evini satmaq istədikdə oğlu Qoşqara demişdir ki, qızlara - nəvələrinə xəbər etsin ki, gəlib əşyalarını aparsınlar. Lakin cavabdeh əşyalarını aparmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yevlax şəhər bölməsinin xx xxxx 2020-ci il tarixli 620 saylı arayışından məlum olur ki, Mamedova X2 rayonundan məcburi köçkündür. Yevlax şəhəri, Yeni köçkün qəsəbəsi 8/23 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxx 2020-ci il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax rayonu, Malbinəsi kəndində İddiaçı məxsus fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, iddiaçının oğlu X3 ilə Cavabdeh qeyri rəsmi evlənmişlər. Evləndikdən sonra Cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus Yevlax rayonu, Malbinəsi kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. X3 ilə Cavabdeh ayrılmışlar. Cavabdeh əmlakları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv, hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus yataq dəsti mebeli, 1 ədəd yorğan, 1 ədəd döşək, 1 ədəd dəmir veşilka adlı əşyaları çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Malbinəsi kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh məxsus yataq dəsti mebeli, 1 ədəd yorğan, 1 ədəd döşək, 1 ədəd dəmir veşilka adlı əşyaları çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar