Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1862/2024 01.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh Bəhmən qızının iştirakları ilə, İddiaçı Cavabdeh Bəhmən qızına qarşı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Bəhmən qızına qarşı cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o şəhid Yuris Misirovun həyat yoldaşıdır. Həyat yoldaşı Yevlax rayonunun ilk şəhidlərindədir. Hazırkı iş üzrə cavabdeh onun oğlu ilə xx.xx.2001-ci il tarixində faktiki nikaha daxil olmuşdur. Həmin nikahdan 2003-cü il təvəllüdlü Zaur və 2005-ci il təvəllüdlü Xumera adında övladları olmuşdur. Onlar halhazırda Bakı şəhərində yaşayırlar. Hazırkı iddianın əsası ondan ibarətdir ki, o cavabdehin evindən dərhal çıxarılmasını istəyir. Həmin mənzil onun (iddiaçının) həyat yoldaşının şəhid olması ilə əlaqədar onun ailə üzvlərinə, yəni Yevlax şəhəri C.Mustafayev küçəsi 106/23 saylı ev şəhid olmuş Yuris Misirovun adına verilmişdir. Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 nömrəli mənzili social kirayə müqaviləsi əsasında onlara verilmişdir. Mənzilə dair sənəd sosial kirayə müqaviləsi adı ilə verilməli olduğu halda yanlışlıqla order verilmidir və bu hal onun deyil, Yevlax İcra Hakimiyyətinin səhvidir. Şəhid həyat yoldaşı olduğu Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 nömrəli mənzili ona verilən vaxt Məmmədova (Misirova) İradə Bəhmən qızı onun ailə üzvü olduğu üçün onun da adı orderə salınmışdır. Hazırda isə cavabdeh Məmmədova (Misirova) İradə Bəhmən qızı onun ailə üzvü sırasından çıxmışdır. Yəni onun oğlu ilə heç bir ailə münasibəti qalmamışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh Bəhmən qızının Yevlax şəhəri C.Mutsafayev küçəsi 106 saylı evin 23 saylı mənzilindən çıxarılmasına, habelə cavabdehə məxsus olan 1 ədəd servantın, 1 ədəd pianinonun, 1 ədəd termonun, 1 ədəd sandığın, 2 ədəd yastığın, 1 ədəd döşəyin, 1 ədəd stolun, 8 ədəd stulun və 1 ədəd çilçırağın dərhal həmin mənzilndən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Bəhmən qızı iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçının oğlu X6 faktiki evlənmişlər, nikahlarını isə xx.xx.2001-ci ildə rəsmiləşdirmişlər və birgə nikahlarından Zaur və Xumera adlı uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət başqa ünvanda yaşamışlar, lakin sonradan mübahisəli mənzil verildikdən sonra həmin mənzilə köçüb orada yaşamışlar. X6 ilə ailə münasibətləri pozulduqdan sonra mübahisəli mənzildən çıxmış, lakin ona məxsus əşyalar həmin mənzildə qalmışdır. Hazırda Abşeron rayonunda yaşayır. Evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək onun mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı tərəfindən ona kompensasiya ödəniləcəyi təqdirdə mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxmağa razıdır. Əks təqdirdə əşyalarının da həmin evdən çıxarılmasına razı deyildir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 126 saylı sərəncamından çıxarışdan görünür ki, Yevlax şəhər İcra Hakimiyyəti yanında ictimai mənzil komissiyasının xx.xx.2010-cu il tarixli, 05 saylı protokolu nəzər alınaraq, ümumi sahəsi 70.1 kv.metr, yaşayış sahəsi 38.4 kv.metr olan 2 otaqlı 23 nömrəli mənzilinə şəhid ailəsi İddiaçı yaşamaq hüququ verən orderin verilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 74 saylı orderin surətindən görünür ki, həmin order İddiaçı verilmişdir ondan ötrü ki, onun oğlu X6, gəlini Cavabdeh Bəhmən qızı, nəvələri X7 və X5 ilə birlikdə Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilini tutmağa ixtiyarı vardır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2)039)-1069/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, X6 ilə Cavabdeh Bəhmən qızı arasında Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 2001-ci ilin fevral ayının 10-cu günündə akt qeydləri kitabında 26 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X3 anaları Cavabdeh Bəhmən qızının yanında qalmaları qət edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddia təmin edilərək, Cavabdeh Bəhmən qızının, X4, X3 Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması, Cavabdeh Bəhmən qızının, X7 və X5 ilə birlikdə Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülməsi, Cavabdeh Bəhmən qızının, X4, X3 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərə bərabər hüquqda müəyyən edilməsi və İddiaçı Cavabdeh Bəhmən qızına qarşı ünvan 1 ünvanına dair cavabdehin istifadə hüququna xitam verilməs tələbinə dair qarşlıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-563/2023 saylı qərardadından görünür ki, cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi iddianın X4 Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması və köçürülməsi hissəsində ləğv edilmiş və iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. İşdə olan Şəkil Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-563/2023 saylı qətnaməsindən görünür ki, cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 62/2023 saylı qətnaməsi qismən, yəni iddiaçı Cavabdeh Bəhmən qızının və X3 mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, Cavabdeh Bəhmən qızının Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması, Cavabdeh Bəhmən qızının Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülməsi qət edilmiş və Şəkil Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-563/2023 saylı qətnaməsi ilə cavabdehlər X6 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi qismən, yəni iddiaçı Cavabdeh Bəhmən qızının və X3 mənzilin kommunal və qeyriyaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissənin qətnamədən xaric edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi ilə Cavabdeh Bəhmən qızının Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülməsi qət edilmiş və həmin qətnamə ilə onun mübahisəli mənzilə istifadə hüquqları müəyyən edilmişdir. Buna görə də, Cavabdeh Bəhmən qızının hazırkı iş üzrə iddiaçının çıxarılmasını tələb etdiyi mənzilə istifadə hüququnun yaranmasının müəyyən edilməsinin zəruriliyi aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı mübahiəli mənzilin mülkiyyətçisi olmadığı və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 62/2023 saylı qətnaməsi ilə Cavabdeh Bəhmən qızının Yevlax şəhəri C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzilinə köçürülməsi, həmin qətnamə ilə onun mübahisəli mənzilə istifadə hüquqlarının müəyyən edilməsi qət edildiyi, cavabdehin kompensasiya ödənilməsi müqabilində mübahisəli mənzildən çıxmağa, əşyalarını çıxartmağa razı olduğu halda iddiaçı cavabdehin həmin mənzildən kompensasiya verilmədən əşyaları ilə birlikdə çıxarılmasını tələb edir ki, bu da yolverilməzdir. Məhkəmə hesab edir ki, qeyd edilən əsaslara görə iddia əsassız olduğundan təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Bəhmən qızına qarşı cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1862/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1862/2024
01.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver