Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1871/2021 10.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X3 Cavabdeh X5 iştirakı ilə İddiaçı cavabdehlər X7 və Cavabdeh2 qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşı uşağı 18 sentyabr 2020-ci il təvəllüdlü X4 ilə birlikdə qeydiyyatda olduğu Yevlax rayonu, Varvara kəndində post olan binanın sağ tərəfində yaşayış binasının ikinci mərtəbəsində iki otaqlı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, iddiaçı Cavabdeh2 ilə faktiki ailə qurub evlənməklə nikahlarını 10 sentyabr 2020-ci ildə rəsmiləşdirmişlər. Rəsmi nikahdan 18 sentyabr 2020-ci il təvəllüdlü X4 adında övladları dünyaya gəlmişdir. Cavabdeh2 ilə ailə quraraq Yevlax rayonu, Varvara kəndində post olan binanın sağ tərəfində yaşayış binasının ikinci mərtəbəsində iki otaqlı mənzilə gəlin gəlmişdir. Həmin mənzil Yevlax rayon İcra Hakimiyyətinin balansındadır. Qaynatası onu həmin evdən məcburən çıxartmışdır. Hazırda iddiaçı övladı ilə birlikdə həmin evə köçmək istəyir. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X11 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, iddianı qəbul edir. İddiaçı və X1 yaşadıqları Yevlax rayonu, Varvara kəndində post olan binanın sağ tərəfində yaşayış binasının ikinci mərtəbəsində iki otaqlı mənzilə köçürülməsinə razıdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 sentyabr 2020-ci il tarixli AZ-ll 391795 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 ilə X2 10 sentyabr 2020-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2020-ci il tarixli AZ-lV 475210 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 18 sentyabr 2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyul 2021-ci il tarixli arayışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Varvara kəndində yaşayır və daimi qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 iyul 2021-ci il tarixli 264 saylı arayışından məlum olur ki, İddiaçı X11 ilə birlikdə ailəvi bir yerdə yaşayırlar. Yoldaşı Cavabdeh2, oğlu X4. Evləri kənddə post olan binanın sağ tərəfində 2-ci mərtəbədə yerləşir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 sentyabr 2021-ci il tarixli 329 saylı arayışından məlum olur ki, X11 tək təsərrüfatdır. Oğlu və gəlini ilə bir yerdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 iyun 1988-ci il tarixli 25 saylı order-arayışından məlum olur ki, 25 kv.m sahəsi olan mənzil X7 təyin edilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh2 ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından bir uşaqları olmuşdur. Ailə qurduqdan sonra Yevlax rayonu, Varvara kəndində post olan binanın sağ tərəfində yaşayış binasının ikinci mərtəbəsində iki otaqlı mənzilə yaşamağa başlamışlar və cavabdehlərlə birlikdə təsərrüfatı birgə idarə etmişlər. X11 iddiaçını mənzildən çıxarmışdır. İddiaçı mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh X11 iddianı qəbul edir və iddiaçının övladı ilə birlikdə həmin mənizilə köçürülmələrinə razıdılar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsində göstərilir ki, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.3-cü maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı azyaşı uşağı 18 sentyabr 2020-ci il təvəllüdlü X4 ilə birlikdə Yevlax rayonu, Varvara kəndində post olan binanın sağ tərəfində yaşayış binasının ikinci mərtəbəsində iki otaqlı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı azyaşı uşağı 18 sentyabr 2020-ci il təvəllüdlü X4 ilə birlikdə Yevlax rayonu, Varvara kəndində post olan binanın sağ tərəfində yaşayış binasının ikinci mərtəbəsində iki otaqlı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1871/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1871/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver