Məhkəmə qərarları › İş №2(039)-1881/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1881/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1881/2023 17.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və cavabdehlərin hər ikisinin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbi haqqında iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən evdən cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, hazırda da ünvan 4-da yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax şəhəri Nemanzadə küçəsi 11A-da yerləşən ev tam xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh1 onun doğma oğludur, digər Cavabdeh2 isə onun gəlinidir. Hazırda onun xüsusi mülkiyyətində olan evdə cavabdehlər öz azyaşlı uşaqları ilə birlikdə yaşamaqdadırlar. Cavabdehlər onu evində yaşamağa qoymurlar. O və arvadı yaşlı və xəstə adamlardır. Hər iki cavabdeh xüsusilə də Cavabdeh2 mütamadi olaraq onu və arvadını söyərək təhqir edirlər, onları vururaq döyür, azyaşlı uşaqları öyrədərək onlara qarşı nalayiq hərəkətlər etdirirlər. Həmçinin onlar evinin həyətini artıq ziblliyə çeviriblər. Evdə həyətdə antisanitar vəziyyət hökm sürür. O, artıq öz evində, öz şəxsi mülkiyyətində yaşaya bilmir. Həyat artıq ona və arvadı üçün cəhənnəmə çevrilibdir. Cavabdehlərin uşaqları ilə birlikdə ona məxsus evdən çıxarılmalarını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, oğlunun uzun müddətdir Rusiyasda işləyib yaşadığını, cavabdehlərin onun mülkiyyətində olan evdə və torpaq sahəsində hər hansı tikili tikmədiklərini bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini, 2013-cü il tarixdən Cavabdeh1 ilə ailə qurub həmin evə gəlin köçdüyünü, uşaqlarının həmin evdə dünyaya gəldiyini, əri digər Cavabdeh1 da onlarla birgə həmin evdə daimi yaşadığını, lakin işləmək üçün tez-tez xarici ölkələrə getdiyini, hazırda Rusiyada olduğunu bildirmiş, həmin evdə əri ilə birlikdə müəyyən təmir işləri apardığını əlavə iddiaçının mülkiyyətinə aid olmayan tikililər tikdiklərini bildirmiş və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili Fərhad Məmmədov cavabdehlər ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********1 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 4 yerləşən 0,0482 ha yaşayış məntəqələrinin torpaqları sahəsi və onun üzərində yerləşən 92,80 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00063 saylı arayışdan məlum olur ki, İddiaçı evdən çıxarılma tələbi ilə bağlı mediatora müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini texniki pasport görünür ki, ünvan 4 yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyat alınmışdır. Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı iki övladı vardır. Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh1 ayrı ayrı vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2023cü il tarixdə olmaqla Rusiya Federasiyası istiqamətində ölkə sərhədindən getmişdir. 17 oktyabr 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1 mətbəx, 3 yaşayış və 1 yardımçı otaq və 1 eyvandan ibrarət olmaqla həmin evin 1 və 2 nömrəli mətbəx, yaşayış otaqları İddiaçı, 3 və 4 nömrəli yaşayış və yardımçı otaqlar cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 5 nömrəli otaq isə iddiaçının digər oğlunun (həmin otağın giriş-çıxış hissəsi ayrı istiqamətdəndir) istifadəsindədir. Həmin evin eyvan hissəsi iddiaçı və cavabdehlərin ümumi istifadəsindədir və eyvandan iş üzrə hər iki tərəfin istifadəsində olan otaqlara qapılar açılır, eləcədə eyvanının sağ küncündə təxmini 3 kv m sahəsi olan hamam otağı tikilmişdir. Yerli baxış zamanı hazırda mübahisələndirilən evin və onun həyətyanı sahəsinə daxil olan ərazidə yaşayış üçün hər hansı əlavə tikililərin tikildiyi müşahidə olunmamışdır. Məhkəmənin sorğusuna DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki; idarənin arxim materiallarına əsasən ünvan 2ünvanı ilə ünvan 3 məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda qeyd edilir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mülki Məcəllə: Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 2013-cü ildə digər Cavabdeh1 ilə ailə quraraq hazırki mübahisələndirilən evə gəlin köçərək bu ünvanda ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Mənzil Məcəlləsinin 30.1 maddəsinin tələbləri baxımından isə cavabdehlərdən Cavabdeh2 qeyd edilən evdə istifadə hüququnu əldə etmək üçün həmin mülkiyyətçi ilə, yəni İddiaçı ilə ona məxsus olan yaşayış sahəsində istifadə imkanını təmin edən hüququ notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, habelə iddiaçı ilə etibarlı ailə münasibətlərində olmalı, eləcə də yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmalıdır ki, hazırkı halda Cavabdeh2 İddiaçı özünün saxlanmasını tələb etmək hüququ olan şəxslərə aid deyildir. Cavabdeh1 münasibətdə isə məhkəmə qeyd edir ki, o, yaşayış sahəsinin mülkiyyətçisindən yəni atası İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aiddir. Sadalanan qanunvericilik normalarından və işin mövcud hallarından da müəyyən olunur ki, Cavabdeh2 istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcud deyildir, lakin digər Cavabdeh1 isə istinad edilən ünvana qanunvericiliklə nəzərdə tutulmuş istifadə hüququ mövcuddur. Bu səbəbdən də iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməlidir. İddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manatın 50 manatı Cavabdeh2dan iddiaçının xeyrinə tutulmalı, qalan 50 manat isə iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 öz az yaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə birlikdə ünvan 4 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat Cavabdeh2dan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar