Məhkəmə qərarları › İş №2(039)-1891/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1891/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1891/2020 10.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçi Qədirova (Abışova) Zərnigar Gülməmməd qızının iştirakı ilə, ərizəçi Qədirova (Abışova) Zərnigar Gülməmməd qızının “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Z.Abışova, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X6 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X13 ilə ailə qurmuşdur. Nikahlarını xx xxxxxx 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Lakin müəyyən səbəblərdən onlar vaxtında uşağına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Z.Abışova məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.1990ci ildə anadan olub. Yevlax şəhər İcra Hakimiyyəti başçısının 07 saylı Evlər Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İİ 297579 №li nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə Ərizəçi arasında bağlanmış nikah 2018-ci ilin noyabr ayının 24-ci günündə akt qeydləri kitabında 212 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abışov, arvada isə Abışova soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 171 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə anadan olmuş oğlan övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax Rayon Mərkəzi X10 Şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi xx.xx.2016-ci il tarixdə bir oğlan uşağı doğmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 17 saylı cəzaçəkmə müəssisəsinin məhkumu Abışov Pərviz İsa oğlu tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2016-ci il təvəllüdlü X8 anadan olmuşdur. Həqiqətən Miryusif onun övladıdır. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X7 və X1 ifadələrində bildirmişdir ki, onlar ərizəçinin anası və bacısıdır. Ərizəçi xx.xx.2016-cı il tarixdə bir oğlan uşağını Yevlax şəhər xəstəxanasında doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2016-ci il tarixdə bir oğlan uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2016-cı il tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar