Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1902/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdri X1 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı (bundan sonra MKTB) “əmrin etibarsız hesab edilməsi və istifadə edilməyən məzuniyətlər üçün pul əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “əmrin etibarsız hesab edilməsi və istifadə edilməyən məzuniyətlər üçün pul əzəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, MKTB-nin xx.xx.2010-cu il tarixli 10 nömrəli, xx.xx.2011-ci il tarixli 07 nömrəli, xx.xx.2012-ci il tarixli 12 nömrəli, xx.xx.2014-cü il tarixli 10 nömrəli, xx.xx.2015-ci il tarixli 08 nömrəli, xx.xx.2018cu il tarixli 83 nömrəli əmrlərinin etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixdək, 10 il 10 ay ərzində istifadə edilməyən məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixdən 08 nömrəli əmrlə Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinə yaşıllıq fəhləsi vəzifəsinə qəbul edilmiş, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 37 nömrəli sərəncamına əsasən Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinin MKTB-nin bazasında Yevlax şəhər MKTB yaradılmışdır. MKTB-nin xx.xx.2022-ci il tarixli 216 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddət ərzində yalnız xx.xx.2009-cu il tarixdə xx.xx.2007-ci il və xx.xx.2008-ci ilin əmək fəaliyyəti üçün öz ərizəsi ilə 06-01 nömrəli əmrə əsasən məzuniyyətə buraxılmışdır. Digər illər üzrə, yəni xx.xx.2008-ci il və xx.xx.2020-ci illər üzrə məzuniyyətə çıxmağı barədə ərizə yazmamış, məzuniyyətə çıxmamış, davamlı olaraq işləmiş, hər iş günündə tabelə imza atmışdır. Onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra ona yalnız xx.xx.2020-ci il xx.xx.2021-ci ili üzrə istifadə edilməyi əmək məzuniyyətlərinə görə 293.39 manat son haqq-hesab hesablanaraq kart hesabına köçürülmüşdür. O, digər illər üzrə xx.xx.2008-ci il və xx.xx.2020-ci (10 il 10 ay) istifadə edilməyən məzuniyyətlər üçün pul əvəzinin ona ödənilmədiyi səbəbindən həmin vəsaiti, yəni 293.39 manatı bu günədək almamışdır. xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında X7 Xidməti Ucar Regional ərazi şöbəsinə müraciət edərək Əmək Məcəlləsinin 83.2, 144.2 və 172.4-cü maddələrinin tələblərinin və hüquqlarının pozılması barədə ərizəndə hüquq pozuntularının qarşısının alınması üçün MKTB-də təftiş aparılmasını xahiş etmiş, ƏƏSMN yanında DƏMX Ucar Regional ərazi şöbəsi ona ünvanladığı xx.xx.2022-ci il tarixdə **********5 nömrəli məktubda müraciətinə baxdığı qeyd edilməklə yalnız MKTB tərəfindən ona xx.xx.2013-cü il və xx.xx.2018-ci illəri üzrə istifadə edilməyən əmək məzuniyyətinə görə son haqq-hesab hesablanmadığını və ödənilmədiyini bildirmiş, onun əmək müqaviləsinə xitam verilərkən rəhbərlik tərəfindən Əmək Məcəlləsinin 10-1-ci, 12-ci, 71.3-cü, 76-cı və 172.4-cü maddələrinin tələblərinin nəzərə alınmadığı əks olunmuşdur. Ucar Regional ərazi şöbəsi tərəfindən araşdırma dolğun aparılmamış, məktubda qeyd edilən xx.xx.2009-cu il tarixli 06 nömrəli əmr istisna olmaqla digər illərdə qeyd olunan əmrlərin arxasında məzuniyyətə çıxmağı barədə ərizələrin olub-olmamağı araşdırılmamışdır. Əgər dolğun araşdırma aparılsaydı qeyd etdiyi illərdə (xx.xx.2008-ci il və xx.xx.2020-ci illər) əmək məzuniyyətinə çıxmağı barədə ərizələrin olmadığını aşkar edilərdi. DƏMX Ucar Regional ərazi şöbəsi tərəfindən dolğun araşdırılma aparılmadığı səbəbindən tərəfindən xx.xx.2022-ci il tarixdə ikinci dəfə sözügedən ərazi şöbəsinə ərizə ilə müraciət etdiş, müraciətində Yevlax MKTB-nin kadrlar şöbəsində onun adına olan şəxsi iş qovluğunda təkrarən araşdırılma aparılması və qovluqda hansı illərdə tərəfindən ərizələr yazıldığının təftiş olunmasını xahiş etmiş, əfsuslar olsun ki, şöbə tərəfindən MKTB-də təftiş aparılmamış, müəssisəyə onun müraciəti əsasında sorğu verilmiş və sorğunun cavabı xx.xx.2022-ci il tarixdə ona ünvanlanmışdır. xx.xx.2022-ci il tarixdə məsələ ilə bağlı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə qərardad çıxarılmış və İPM-nin 8.1.3-cü maddəsniə əsaslanaraq inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığını bildirərək, iddia tələbinin mümkünsüz sayılması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək, iddiaçıya ödənilməli olan bütün ödənişlərin aparıldığını bildirmiş, bununla bağlı müvafiq sənədləri təqdim etmiş və məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdri X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı qaldırdığı iddia müddətini ötürdüyünə görə qanunvericiliyin tələblərini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 17 sentyabr 1962-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 avqust 2007-ci il tarixdən 08 nömrəli əmrlə Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsinə yaşıllıq fəhləsi vəzifəsinə qəbul edilmiş və 01 aprel 2020-ci il tarixdən isə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 002 nömrəli əmrinə əsasən 2020-ci ildə 37 nömrəli fərmanı ilə Yevlax şəhər Yaşıllaşdırma və İşıqlandırma Müəssisəsi Mənzil Kommunal Təsərrüfatı Birliyinin strukturunun təkminləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Ucar regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubundan görünür ki, iddiaçının ilə əmək münasibətlərinə xitam verilərkən Əmək qanunvericiliyinin tələbləri (işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən ödəncləri tam məbləğdə işçi işdən çıxdığı gün ödənilməsi təmin olunmaması) pozulduğundan Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinin tələblərinə uyğun olaraq inzibati haqqında icraat başlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Ucra regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixli məzuniyyəti ilə bağlı 89,56 AZN, xx.xx.2010-cu il tarixli məzuniyyəti ilə bağlı 88,84 AZN, xx.xx.2011-ci il tarixli məzuniyyəti ilə bağlı 100,35 AZN, xx.xx.2012-ci il tarixli məzuniyyəti ilə bağlı 123,78 AZN, xx.xx.2014cü il tarixli məzuniyyəti ilə bağlı 216,30 AZN, xx.xx.2015-ci il tarixli məzuniyyəti ilə bağlı 356,78 AZN, xx.xx.2014-xx.xx.2017-ci illər üzrə əmək məzuniyyətindən istifadə edilmədiyinə görə kompensasiya olaraq xx.xx.2022-ci il tarixdə 491,62 AZN, xx.xx.2019-cu il tarixli məzuniyyəti ilə bağlı 132,65 AZN, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab olaraq 268,62 AZN, xx.xx.2022-ci il tarixdə istifadə olunmayan əmək məzuniyyəti (xx.xx.2020-xx.xx.2021) ilə bağlı 293,39 AZN, xx.xx.2022-ci il tarixdə istifadə olunmayan əmək məzuniyyəti (xx.xx.2019-xx.xx.2020) ilə bağlı 84,20 AZN məbləğində vəsaitlər ödənilmişdir. Eyni zamanda Yevlax şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 144 nömrəli məktubunda xx.xx.2014-cü il tarixli, 11 nömrəli arxiv sənədlərinin qəbulu-qəbzinə əsasən, xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək olan dövrün tarixi əhəmiyyətini itirmiş mübasibat uçot sənədlərinin "xxxx" MMC-yə ləğv edilmək üçün təhvil verildiyi, həmin dövrlərin kassa məxaric sənədlərin təqdim edilməsinin mümkünsüzlüyü qeyd edilmmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 226 saylı əmrdən görünür ki, Yevlax şəhər MKTB-nın Yaşıllaşdırma təsərüfatı müəssisısi barəsində Bağban (bağ fəhləsi- suvarma üzrə) vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 1 MAR0NF000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmiş, işçinin xx.xx.2020ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyəti gününün son haqq-hesabının qanunvericiyinə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə departamentinə həvalə edilmişdir. Hüseynov Hərbiyyə İsa oğlunun xx.xx.2022-ci il, xx.xx.2022-ci tarixli ərizələrinin surətindən görünür ki, o, əmək hüquqlarının pozulması ilə bağlı X7 Xidmətinin 8 saylı Region üzrə X5 müraciətlər etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1384/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MKTB-nin xx.xx.2010-cu il tarixli 10 nömrəli, xx.xx.2011-ci il tarixli 07 nömrəli, xx.xx.2012-ci il tarixli 12 nömrəli, xx.xx.2014-cü il tarixli 10 nömrəli, xx.xx.2015-ci il tarixli 08 nömrəli, xx.xx.2018-cu il tarixli 83 nömrəli əmrlərinin etibarsız hesab edilməsi, xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixdək, 10 il 10 ay ərzində istifadə edilməyən məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi barədə iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin 3-cü hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 288-ci maddəsinin “Ə” bəndinə əsasən məzuniyyət hüququnun həyata keçirilməsi fərdi əmək mübahisələrinin predmeti kimi qeyd olunmuşdur. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş bir aylıq müddət ərzində məhkəməyə müraciət etmədiyinə görə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşəgötürən iddia müddətinin tətbiqi barədə ərizə verib. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X7 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab etmişdir ki, X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 fərdi əmək mübahisələrinə baxan orqan hesab edilmədiyindən iddiaçı əmək hüquqlarının pozulduğunu bildiyi andan 1 ay ərzində aidiyyəti üzrə məhkəməyə müraciət etməli idi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Göründüyü kimi MKTB-nin xx.xx.2010-cu il tarixli 10 nömrəli, xx.xx.2011-ci il tarixli 07 nömrəli, xx.xx.2012-ci il tarixli 12 nömrəli, xx.xx.2014-cü il tarixli 10 nömrəli, xx.xx.2015ci il tarixli 08 nömrəli, xx.xx.2018-cu il tarixli 83 nömrəli əmrlərinin mövcud olmasından İddiaçı vaxtında məlumatı olmuşdur. Bu hal, iddiaçının özünün məhkəməyə təqdim etdiyi hazırkı iş üzrə iddia ərizəsinə surətlərini əlavə etdiyi ərizələrində, yəni - əmək hüquqlarının pozulması ilə bağlı X7 Xidmətinin 8 saylı Region üzrə X5 ünvanladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci tarixli müraciətləri ilə sübuta yetirilir. Belə olan halda məlum olur ki, İddiaçı ən geci məsələ ilə bağlı X4 müvafiq qurumlarına müraciətlər etdiyi vaxtdan, onun barəsində qəbul olunmuş hazırda mübahisələndirilən əmrlərin olmasından məlumatlı olmuşdur. Bu hal həmin əmrlər üzrə ona xx.xx.2009-cu il tarixli məzuniyyəti ilə bağlı 89,56 AZN, xx.xx.2010-cu il tarixli məzuniyyəti ilə bağlı 88,84 AZN, xx.xx.2011-ci il tarixli məzuniyyəti ilə bağlı 100,35 AZN, xx.xx.2012-ci il tarixli məzuniyyəti ilə bağlı 123,78 AZN, xx.xx.2014-cü il tarixli məzuniyyəti ilə bağlı 216,30 AZN, xx.xx.2015-ci il tarixli məzuniyyəti ilə bağlı 356,78 AZN, xx.xx.2014xx.xx.2017-ci illər üzrə əmək məzuniyyətindən istifadə edilmədiyinə görə kompensasiya olaraq xx.xx.2022-ci il tarixdə 491,62 AZN, xx.xx.2019-cu il tarixli məzuniyyəti ilə bağlı 132,65 AZN, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqqhesab olaraq 268,62 AZN, xx.xx.2022-ci il tarixdə istifadə olunmayan əmək məzuniyyəti (xx.xx.2020-xx.xx.2021) ilə bağlı 293,39 AZN, xx.xx.2022-ci il tarixdə istifadə olunmayan əmək məzuniyyəti (xx.xx.2019-xx.xx.2020) ilə bağlı 84,20 AZN məbləğində vəsaitlərin ödənilməsi ilə də bir daha sübut olunur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, müddət ötürüldüyünə görə iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “əmrin etibarsız hesab edilməsi və istifadə edilməyən məzuniyətlər üçün pul əzəzinin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1902/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1902/2022
20.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver