Məhkəmə qərarları › İş №2(039)-1904/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1904/2022

20.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1904/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X1 Xidmət Mərkəzinin Notariat ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X1 Xidmət Mərkəzinin Notariat ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, faktiki olaraq mirasın qəbul etdiyi üçün hüquqi savadsızlığı səbəbindən bu barədə notariat ofisinə qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyi üzürlü sayaraq və eyni zamanda həmin mirasın açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 20 sentyabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs X1 Xidmət Mərkəzinin Notariat ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar