Məhkəmə qərarları › İş №2(039)-1917/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1917/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1917/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Yevlax şəhəri, Nizami prospekti ev 12, mənzil 10 ünvanına dair verilmiş 2406 nömrəli, 04 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsinin mərhum anası X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, mərhum X9 anası olmuşdur. Bu ona məxsus olan 02 sentyabr 1975-ci il tarixli, İİİ-ЖГ 486566 №-li doğum haqqında şəhadətnaməmdə də göstərilmişdir. Yaşadığı ünvan 1 ünvanına dair verilmiş 2406 nömrəli, 04 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsində mərhum anasının adı “Saməmbər” yazılması əvəzinə səhvən “Sənubər” yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. Yaşadığı mənzilə dair verilmiş 2406 nömrəli,04 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsində mərhum anasının adında getmiş səhvliyin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmişdir. Ona görə də Yevlax şəhəri Nizami prospekti ev 12, mənzil 10 ünvanına dair verilmiş 2406 nömrəli,04 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsinin mərhum anası X11ma məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir Tərəflərin izahatları: Ərizəçi əvvəlki məhkəmə iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanına dair verilmiş qeydiyyat vəsiqəsində mərhum anasının adı səhvən “Sənubər” yazılmışdır. Anası 21 iyun 2009-cu il tarixdə ölmüşdür. Vərəsəliklə bağlı sənədləşmə aparılan zaman həmin səhv müəyyən olunmuşdur. Ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X1 bildirmişdir ki, mərhum Saməmbər Dəmirova onun qonşusu olmuşdur. Münasibətləri yaxşı olmuş, biri-birilərinin evinə gedib-gəlmişlər. Yevlax şəhəri, Nizami prospekti, 12 nömrəli evin 10 nömrəli mənzili həqiqətən Saməmbər Dəmirovaya məxsus olmuşdur. Həmin ünvanda ev nömrələrinə sonradan dəyişiklik olmuşdur. Belə ki, Saməmbər Dəmirovanın mənzilinin nömrəsi əvvəl 12 olmuşdur. X5 bildirmişdir ki, mərhum Saməmbər Dəmirova onun qaynanası olmuşdur. Yevlax şəhəri, Nizami prospekti, 12 nömrəli evin 10 nömrəli mənzili həqiqətən Saməmbər Dəmirovaya məxsus olmuşdur. Lakin, sonradan müəyyən edilmişdir ki, evin qeydiyyat vəsiqəsində onun adı səhv olaraq Sənubər kimi qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 13 iyul 2022-ci il tarixli **********40 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə, 2406 nömrə ilə qeydiyyata alınmış qeydiyyat vəsiqəsində göstərilən sizin mərhum ananızın “Sənubər” adı ilə, ölüm haqqında şəhadətnamədə göstərilən “Saməmbər” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi dərəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-cä maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İİİ-ЖГ 486566-№li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1975-ci il tarixdə Yevlax şəhərində anadan olmuş atası X14, anası X3r. Vİ-ЖГ 424421№-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X12 20 avqust 1994-cu il tarixdə Yevlax şəhər VVAQ orqanlarında nikahlarını qeyd etdirmiş, ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. AZ-İ 368210 №-li 23 iyun 2009-ci il tarixli Ölüm haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X10 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 81 saylı sərəncamından çıxarışdan müəyyən olunur ki, Yevlax şəhəri, Nizami küçəsi 12 saylı binanın 12 saylı mənzili pulsuz X7 mülkiyyətinə verilmişdir. MKTK Yevlax RTİB tərəfindən verilmiş 03 avqust 1995-ci il tarixdə notariat kontorunda 116 № reyestri müqaviləsi 2406 №-li reyestr kitabında 03 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Yevlax şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 61.40 kv.m öz yaşayış evin sahəsi 42.81 kv.m olan üç otaqlı mənzil fərdi yaşayış fondundan X8 verilmişdir. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi anası X4 Yevlax şəhəri Nizami küçəsi 12 saylı binanın 12 saylı mənzilə dair Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 81 saylı sərəncamı verilərkən adı səhvən “Sənubər” kimi qeyd edilmişdir. Bunun əsasında ona MKTK Yevlax RTİB tərəfindən 03 avqust 1995-ci il tarixdə 2406 №-li reyestr kitabında 03 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qeydiyyat vəsiqəsinin ərizəçinin anası X4 məxsus olması təsdiq olunur, bu, ərizəçiyə vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün lazımdır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 3 ünvanına dair MKTK Yevlax RTİB tərəfindən 03 avqust 1995-ci il tarixdə 2406 №-li reyestr kitabında 03 № ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin Ərizəçi anası X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar