Məhkəmə qərarları › İş №2(039)-1921/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1921/2023

19.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1921/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın bölünməsi, zinət və cehiz əşyası tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə etdiklər əmlakların - qiyməti 900 manat olan Proqres markalı 30-luq mühərrikli 1 ədəd qayığın dəyərinin ½ hissəssinin 450 manat məbləğin, qiyməti 11500 manat olan Lada markalı Priora modelli 2012-ci il buraxılışlı 1.6 mühərrik gücü olan qara metallik rəngli sedan tipli avtomobilin dəyərinin ½ hissəsinin 5750 manat məbləğin, qiyməti 1800 manat olan bir ana inək və doqquz aylıq bala buzovdan ibarət Qarabağ sortlu iribuynuzlu mal-qaranın dəyərinin yarısının 900 manat məbləğin, qiyməti 2560 manat olan 583 əyyarlı, Rusiya istehsallı qızıl çəkisi 32 qram olan 1 ədəd Lenta formalı qızıl boyunbağının naturada özünün yaxudda dəyərinin 2560 manat məbləğin alınmasına, qiyməti 850 manat olan Türkiyə istehsallı 1 ədəd “Regulyar” markalı LCD Televizorun naturada özünün yaxudda dəyərinin, qiyməti 60 manat olan Türkiyə istehsallı 1 ədəd Krosnu antennasın naturada özünün yaxudda dəyərinin, qiyməti 600 manat olan Rusiya istehsallı 1 ədəd soyuducun naturada özünün yaxudda dəyərinin, qiyməti 350 manat olan Türkiyə istehsallı 1 ədəd (duxovkası ilə olan) qaz sobanın naturada özünün yaxudda dəyərinin, qiyməti 120 manat ola Türkiyə istehsallı 1 ədəd (qazla işləyən) su qızdırıcının naturada özünün yaxudda dəyərinin, qiyməti 270 manat olan Almaniya istehsall 1 ədəd (elektriklə işləyən, 100 litrlik) “Ariston” su qızdırıcının natirada özünün yaxudda dəyərinin, qiyməti 50 manat olan Türkiyə istehsallı 2 ədəd televizor altlığın naturada özünün yaxudda dəyərinin, qiyməti 1200 manat olan Koreya istehsallı 1 ədəd (100 kv.m-lik) “Samsung” Kondisionerin naturada özünün yaxudda dəyərinin, qiyməti 850 manat olan Türkiyə istehsallı 1 ədəd 80 kv.m-lik kondisionerin naturada özünün yaxudda dəyərinin, qiyməti 300 manat olan Azərbaycan istehsallı 1 ədəd (tək) divanın naturada özünün yaxudda dəyərinin, qiyməti 70 manat olan Azərbaycan istehsallı 3 ədəd (mətbəx üçün) şkafın naturada özünün yaxudda dəyərinin, qiyməti 800 manat olan Azərbaycan istehsallı (8 ədəd stulları ilə birlikdə) 1 ədəd stolun naturada özünün yaxudda dəyərinin, qiyməti 250 manat olan Azərbaycan istehsallı 2 ədəd (tək) çarpayının naturada özünün yaxudda dəyərinin, qiyməti 50 manat olan Türkiyə istehsallı 1 ədəd (tək) çarpayının naturada özünün yaxudda dəyərinin, qiyməti 150 manat olan, Türkiyə istehsallı, 1 ədəd 1x1.10 ölçüdə xalçanın naturada özünün yaxudda dəyərinin, qiyməti 220 manat olan Türkiyə istehsallı 1 ədəd 7x3 ölçüdə xalçanın naturada özünün yaxudda dəyərinin, qiyməti 180 manat olan Türkiyə istehsallı 1 ədəd 3x6 ölçüdə xalçanın naturada özünün yaxudda dəyərinin, qiyməti 110 manat olan Rusiya istehsallı 1 ədəd paltar yuyan maşının naturada özünün yaxudda dəyərinin, qiyməti 1400 manat olan Türkiyə istehsallı 1 ədəd “Toshiba” Noutbuk komputerin naturada özünün yaxudda dəyərinin, qiyməti 100 manat olan Türkiyə istehsallı 1 ədəd “Quiks” ət çəkən maşının naturada özünün yaxudda dəyərinin, qiyməti 400 manat olan Türkiyə istehsallı 1 ədəd (şabalıdı rəngli) dəsti yazı masası ilə birlikdə divan kreslonun naturada özünün yaxudda dəyərinin, qiyməti 300 manat olan Azərbaycan istehsallı (6 ədəd stulu ilə birlikdə) 1 ədəd stol-stul dəstinin naturada özünün yaxudda dəyərinin, qiyməti 300 manat olan Türkiyə istehsallı 1 ədəd “Singer” paltar tikən maşının naturada özünün yaxudda dəyərinin, qiyməti 180 manat olan Türkiyə istehsallı, 1 ədəd 3x6 ölçüdə xalçanın naturada özünün yaxudda dəyərinin, qiyməti 150 manat olan Türkiyə istehsallı 1 ədəd 2x5 ölçüdə xalçanın naturada özünün yaxudda dəyərinin, qiyməti 110 manat olan Türkiyə istehsallı 1 ədəd 1.5x1.5 ölçüdə xalçanın naturada özünün yaxudda dəyərinin, qiyməti 40 manat olan Rusiya istehsallı 1 ədəd (50 litrlik olan) qaz balonun naturada özünün yaxudda dəyərinin, qiyməti 50 manat olan Türkiyə istehsallı 1 ədəd mikserin naturada özünün yaxudda dəyərinin, qiyməti 160 manat olan Azərbaycan istehsallı (yun materialdan hazırlanmış, qoşa çarpayı üçün) 1 ədəd döşəyin naturada özünün yaxudda dəyərinin, qiyməti 120 manat olan Azərbaycan istehsallı 1 ədəd yun materialdan hazırlanmış qoşa çarpayı üçün yorğanın naturada özünün yaxudda dəyərinin, qiyməti 40 manat olan Azərbaycan istehsallı 6 ədəd yastığın naturada özünün yaxudda dəyərinin, qiyməti 120 manat olan Türkiyə istehsallı 1 ədəd (62 predmetli) boşqab dəstinin naturada özünün yaxudda dəyərinin, qiyməti 110 manat olan Türkiyə istehsallı (60 predmetli olan) çəngəl-bıçaq-qaşıq dəstinin naturada özünün, yaxudda dəyərinin, qiyməti 50 manat olan Türkiyə istehsallı 12 ədədlik bakal dəstinin naturada özünün yaxudda dəyərinin, qiyməti 60 manat olan Türkiyə istehsallı 6 ədəd bakalı ilə birlikdə qrafinka dəstinin naturada özünün yaxudda dəyərinin, qiyməti 40 manat olan Türkiyə istehsallı 1 ədəd (yun materialdan olan) adyalın naturada özünün yaxudda dəyərinin, qiyməti 50 manat olan Türkiyə istehsallı (xrustal materialdan hazırlanmış) 1 ədəd güldanın naturada özünün yaxudda dəyərinin, qiyməti 30 manat olan Türkiyə istehsallı 1 ədəd divar saatının naturada özünün yaxudda dəyərinin, həmçinin rəy üçün ödənilən 100 manat məbləğin o cümlədən 151 manat ödənilən dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Fərhad Məmmədov iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı ailə münasibətlərindən irəli gələn mübahisədir. İş üzrə iddiaçının əsas tələbi birgə nikah müddətində əldə edilmiş əmlakın bölünməsidir. Bununla bağlı iddaçı məhkəməyə müraciət etməmişdən öncə, mübahisənin mediasiya qaydasında həll edilməsi üçün ona hər hansı bir məzmunda təklif göndərməmişdir və heç bir mediasiya prosesi tətbiq edilməmişdir. Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1921/2023 saylı mülki iş üzrə İddiaçı ona qarşı birgə nikah müddətində əldə edilmiş əmlakın bölünməsi, zinət və cer-cehiz əşyası tələbinə dair iddia tələbinin baxılmamış saxlanmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5 və 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlakın bölünməsi, zinət və cehiz əşyası tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 150 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar