Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1922/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, X6 xx xxxx 2016-cı il tarixdə anadan olması faktının, yəni doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, X9 ilə qeyri rəsmi ailə quraraq evlənmiş, birgə yaşayışlarından xx xxxx 2016-cı il təvəllüdlü X8 adlı qız övladları dünyaya gəlmişdir. Müəyyən səbəbdən xx xxxx 2016-cı il təvəllüdlü X6 adına doğum haqqında şəhadətnamə alınmışdır. Belə ki, övladlarının adına doğum haqqında tibbi şəhadətnamə alınmamışdır. Belə ki, övladlarının adına doğum haqqında tibbi şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşağın anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Övladları xəstəxana şəraitində doğulmuşdur və bu haqda çıxarış verilmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, övladının atası Vüqar Dəvrişovla faktiki nikah münasibətlərində olmaqla bir yerdə yaşamışlar. Azyaşlı uşaq poliklinikada qeydə alınmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X3 məhkəmə iclası zamanı bildirmişdir ki, Ərizəçi onun qonşusudur. ƏrizəçiVüqar Dəvrişovla faktiki nikah münasibətlərində bir evdə yaşamışlar. Bu münasibətlərdən onların xx xxxx 2016-cı il təvəllüdlü qız övladı var. Həmin uşağa Gülcan adı vermişlər. X4 oxşar məzmunlu ifadə verərək ərizəçinin xx xxxx 2016-cı il tarixdə qız övladının doğulduğunu təsdiq etmişdir. X17 üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanasının” publik hüquqi şəxsi tərəfindən verilmiş 98 №-li X7 aid xəstənin stasionar çıxarışında qeyd olunur ki, xx xxxx 2016-cı il tarixdə saat 14.20 radələrində doğum şöbəsinə hamilə qadın daxıl olmuş və vaxtından əvvəl cinsi qadın çəkisi 2.200, boyu 44 sm olan uşaq doğulmuşdur. Uşaq müayinəsindən keçmişdir, sağlamdır.. Yevlax şəhəri İcra Hakimiyyətinin 50 nömrəli evlər komitəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, xx xxxx 2016-cı il təvəllüdlü X1, 57 ünvanında yaşayır. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin, xx xxxx 2016-cı il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, uşağın soyadının, adının və ata adının qeyd edilməsi hazırkı halda fakt təsdiqi kimi qeyd edilə bilməz, belə ki, həmin qeydiyyatın sənədləşdirilməsi üçün qanunvericiliklə başqa qayda müəyyən edilmişdir. Buna görə həmin hissələrdə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxx 2016-cı il tarixdə bir qız uşağını doğması faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1922/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1922/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver