Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-194/2020 30.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı Hüseynov Mövsüm Salik oğlu Cavabdeh qarşı «cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov Mövsüm Salik oğlu Cavabdeh qarşı «cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi, onun mülkiyyətimdə olan, Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən,torpağa mülkiyyət hüququna dair JN-192,KOD 90114018 saylı Dövlət Aktı ilə Yevlax rayon X1 xx xxxxxxxx 1997-ci il tarixli 22 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 2,35 ha pay torpaq sahəsinin zəbt etdiyi 1,5 ha hissəsindən dərhal çıxarılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseynov Mövsüm Salik oğlu xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh «cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, hazırda iddiaçı ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və o, işin mahiyyəti üzrə həll olunmasını tələb etmir. Hüseynov Mövsüm Salik oğlunun və Cavabdeh iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı Hüseynov Mövsüm Salik oğlunun Cavabdeh qarşı «Torpaq mübahisələri torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Hüseynov Mövsüm Salik oğlu Cavabdeh qarşı «cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-194/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-194/2020
30.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver