Məhkəmə qərarları › İş №2(039)-1940/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1940/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1940/2024 29.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1995-ci il tarixdən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlağına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.1974-cü il tarixdə Qırğızıstan Respublikasının Frunze şəhərində doğulmuşdur. Mərhum əri X21 Federasiyasında tanış olaraq, faktiki evlənmişlər və 1995-ci ilin mart ayında daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişlər. Birgə nikahlarından Sevil, Sevda və Qəzənfər adlı uşaqları doğulmuşdur. Azərbaycana gəldikdən sonra uzun müddət Gəncə şəhərində, bir müddət isə Bakı şəhərində yaşamışlar. Daha sonra isə qızının yanına köçərək Yevlax rayonunda yaşamağa başlamış və dörd ildir ki, Yevlax rayonunda yaşayır. Azərbaycan Respublikasına köçdükdən sonra daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşamış və heç bir dövlətin vətəndaşı deyildir. Faktın müəyyən edilməsi Azərbaycan Respublikasının vətəndaşlağını əldə etməsi üçün zəruridir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 verdiyi izahatında göstərmişdir ki, Ərizəçi 1995-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair mülki işlə əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1- ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə iclasında ərizəçi tərəfindən təqdim edilmiş sənədlər bir daha nəzərdən keçirilmiş və hazırda ərizənin təmin edilməməsi üçün əsaslar müəyyən edilməmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Qırğızıstan respublikası Frunze şəhərində doğulmuşdur, atası X13, anası X4. İşdə olan Rusiya Federasiyasının Azərbaycan X2 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1230/KO saylı arayışdan görünür ki, xx.xx.1974-cü ildə Qırğızıstan SSR Frunze şəhərində doğulmuş Baybarak (Stupaçenko) X15 Federasiyasının vətəndaşlığını almamış və Rusiya Federasiyasının vətəndaşı deyildir. İşdə olan Qırğız Respublikasının Azərbaycan Respublikasındakı və Gürcüstandakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 018/312-1 saylı arayışdan görünür ki, xx.xx.1974-cü ildə Qırğızıstan SSR Frunze şəhərində doğulmuş Baybarak (Stupaçenko) X16 Respublikasının vətəndaşı deyildir. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 aprel 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur, atası X19, anası X7. İşdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2003-cü ildə Gəncə şəhərində doğulmuşdur, atası X20, anası X7. İşdə olan AA4737768 sylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 25 avqust 1999-cu ildə doğulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Yevlax Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Stupaçenko (Baybarak) Alesya Yakovlevnanın dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Yevlax şəhər İHB-nın Səmədabad kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 2021-ci ilin aprel ayından Yevlax rayonu Səmədabad kəndində gəlin köçmüş qızı X5 yanında yaşayır. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli şəxsin Azərbaycan Respubliksının vətəndaşlağına mənsubiyyətinin tanınmaması haqqında ******* saylı qərarından görünür ki, 25 sentyabr 1974-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 25 sentyabr 1974-cü ildə Qırğızıstan SSR Frunze şəhərində doğulmuş Ərizəçi X3 ilə faktiki evlənərək, 1995-ci ildə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən Azərbaycan Respublikasının ərazisində yaşamışdır. Ərizəçi X1 ilə birgə həyatlarından Sevil, Qəzənfər və Sevda adlı uşaqları doğulmuş və hazırda ərizəçi qızı Sevda Abdullayeva ilə birlikdə Yevlax rayonunun Səmədabad kəndində yaşayır. Ərizəçi Azərbaycana gəldikdən sonra bir daha geri qayıtmamış, başqa xarici dövlətin ərazisində olmamış və yaşamamışdır. Hazırda ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair müvafiq sənəd verilmədiyi üçün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığını alması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Həmin Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq ərizənin əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 sentyabr 1974-cü ildə Qırğızıstan SSR Frunze şəhərində doğulmuş Stupaçenko (Baybarak) Alesya Yakovlevnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1995-ci il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar