Məhkəmə qərarları › İş №2(039)-195/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-195/2022

10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-195/2022 10.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, övladları 25 fevral 2008-ci il tarixli X1 və 15 iyun 2019-cu il tarixli X2 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o 2008-ci il tarixdə faktiki nikaha girərək evlənib ailə qurmuşdur. Övladları 25 fevral 2008-ci il tarixdə X3 və 15 iyun 2019-cu il tarixdə X4 ev şəraitində dünyaya gəlmişdir. Lakin uşaqlarına doğum haqqında şəhadətnamə almamışlar. Bu barədə Yevlax rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Lalənin 6 övladı var. Onun övladlarından ikisi 25 fevral 2008-ci il tarixdə və 15 iyun 2019-cu il tarixdə ev şəraitində doğulmuşdurlar. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA27575273 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxxx 1985-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş, 25 noyabr 2021-ci il tarixli arayışdan məlum olur ki, 25 fevral 2008-ci il tarixli X3 müayinədən keçmiş və sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş, 25 noyabr 2021-ci il tarixli arayışdan məlum olur ki, 15 iyun 2019-cu il tarixli X4 müayinədən keçmiş və sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli 2518 saylı məktubdan məlum olur ki, Ərizəçi övladına doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 08 avqust 2010-cu il tarixli AZ-l 572436 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 ilə Ərizəçi arasında 02 avqust 2010-cu il tarixdə nikah bağlanmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, X6 ilə Ərizəçi 02 avqust 2010-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarında 6 övladları olmuşdur. Onun iki övladı 25 fevral 2008-ci il tarixdə bir qız və 15 iyun 2019-cu il tarixdə bir qız ev şəraitində dünyaya gəlmişdir. Səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 25 fevral 2008-ci il tarixdə bir qız və 15 iyun 2019-cu il tarixdə bir qız uşaqlarının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 25 fevral 2008-ci il tarixdə bir qız və 15 iyun 2019-cu il tarixdə bir qız uşaqlarının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar